Avropa çempionatının ilkin seçmə mərhələsini uğurla adlayaraq elit raunda vəsiqə qazanmış 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri bu gün AFFA tərəfindən mükafatlandırılıb. Assosiasiyanın rəsmi saytının məlumatına görə, tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov çıxış edərək yığmanın üzvlərinə təbriklərini çatdırıblar və bu uğurun davamının gəlməsini arzulayıblar. Onlar AFFA tərəfindən yığma komanda üçün bundan sonra da yüksək səviyyədə şərait yaradılacağını, komandanın müvəffəqiyyət qazana bilməsi üçün bütün zəruri addımların atılacağını bildiriblər. U-17-nin baş məşqçisi Bernhard Lippert isə elit raundda uğurlu çıxış etmək üçün lazımi tövsiyələrini futbolçuların diqqətinə çatdırıb və göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlq edib.
Xatırladaq ki, U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində Bolqarıstan yığmasına 3:1 hesabı ilə qalib gəlmiş, Çernoqoriya komandası ilə 2:2 hesablı heç-heçə etmiş, qrup oyunlarına ev sahibliyi edən Polşa yığmasına isə 0:2 hesabı ilə məğlub olmuşdu.
Yığmamızın elit raunddakı rəqibləri Hollandiya, Xorvatiya və Lüksemburq komandalarıdır. U-17-nin mübarizə aparacağı 3-cü qrupun oyunları 2009-cu il martın 19-dan 24-dək Lüksemburqda keçiriləcək
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç