“Simurq” bizdən güclü komandadır və cütün favoritidir. Rəqibin büdcəsi 5 milyon dollardır. 200-300 min dollar dəyərində futbolçuları var. Amma bizim ən bahalı futbolçumuzun qiyməti 50 min dollardır. Açığını desəm, sabahkı oyunda məğlub olmağımızı istəyirəm. Çünki, Avropa Liqasında oynamaq planlarımızı pozacaq. Bizim üçün əsas olan İsrail çempionatıdır”. Yəqin ki, futbol azarkeşləri və ictimaiyyəti bu sözləri və onun müəllifini yaxşı xatırlayırlar. Bəli, söhbət cari mövsüm Avropa liqasının ilkin təsnifat mərhələsində Azərbaycanın “Simurq” klubunu mübarizədən kənarlaşdıran İsrailin “Bney Yehuda” klubundan və onun baş məşqçisi Quy Luzondan gedir. O vaxt başda Zaqatala klubunun prezidenti Zaur Məmmədov olmaqla, bəziləri israilli məşqçinin sözlərini yəhudilərə xas taktiki gediş adlandıraraq Luzonun səmimi olmadığını bildirmişdilər. Hadisələrin sonrakı gedişi Təl-Əviv klubunun bütün yalanlarını üzə çıxardı. İş ondadır ki, ilk mərhələdən uduzmağı arzulayan və özləri üçün əsas olaraq Avropa liqasını deyil, İsrail çempionatını götürən “Bney Yehuda” hazırda məhz Avropa liqası turnirində rəqib tanımır. Beləliklə, indiyə qədər bu turnirdə 3 mərhələ keçən, “Simurq”un ardından “Dinaburq” (Latviya) (4:0, 1:0) və “Pakoş de Fereyra” (Portuqaliya) (1:0, 1:0) klublarını məğlub edən, nəinki heç-heçə etməyən, hətta qapısından top belə buraxmayan və bununla da Avropa klub turnirinin yeni rekordçusu olan İsrail təmsilçisinin baş məşqçisinin nə qədər “səmimi” olması öz çılpaqlığı ilə üzə çıxdı. Belə ki, “Bney Yehuda” nəinki Avroliqanın, ümumiyyətlə, avrokubokların cari mövsümündə mübarizəni ilk mərhələdən və indiyədək çıxışını davam etdirən, eyni zamanda yüz faizlik nəticə göstərən yeganə komandadır. Göründüyü kimi, “Simurq”un bəxtinə o qədər də asan rəqib düşməmişdi və hadisələrə indiki aspekdən yanaşsaq, Zaqatala klubunun məğlubiyyətini tam normal adlandırmaq olar. Çünki, “Bney Yehuda”nın heç də onların baş məşqçilərinin dediyi kimi, zəif və iddiasız komanda olmadığının şahidi olduq. Bu mənada Avropa miqyaslı yarışlarda debüt edən “Simurq”un məhz güclü rəqibə məğlub olaraq mübarizəni dayandırması məlum olub. Bütün bu qeydləri etməkdə məqsədimiz heç də “Simurq”un məğlubiyyətinə haqq qazandırmaq deyil. Amma reallığı da etiraf edib rəqibin zəif olmadığını demək istəyirik. Yəni, Zaqatala klubunun bəxtina əslində həqiqətən də güclü komanda düşmüşdü. Hələ “Bney Yehuda”nın daha haralara qədər gedəcəyini heç kim bilmir. Bəlkə də cari mövsüm Avropanın sürpriz klubu adını məhz “Simurq”un keçmiş rəqibi qazandı. İştirak etdiyi turnirdə uğurlu çıxışını bu cür davam etdirməklə.
Dele Alli rəsmən İtaliya klubunda
"Neftçi" - "Sabah" matçında vurulan qollar - Video
"Üstünlüyü hesabda əks etdirə bilmədik" - Berezutski
"Neftçi" "Sabah"la bərabərə qaldı
Qərb derbisində “qol şousu” - Video
“Kobud səhvlər etdik, nəticə çıxarmalıyıq” - Berdıyev
Mahir “sarı” aldı, komandası qalib gəldi
“Kəpəz”dən Tovuzda 5 qollu qələbə
"Neftçi" - "Sabah" oyunu üçün - Heyətlər
Nuri Şahini əvəzləməyə yaxındır
Kenan Yıldız zədələndi
Uolker "Milan"da
Dünən 2 qol vuran Rüfət Abdullazadə ilə müsahibə
Qərb derbisi üçün heyətlər açıqlandı
Misli Premyer Liqası dünya reytinqində irəlilədi
"Mançester Yunayted"dən "Betis"ə
Enrike Xviçanın transferinin səbəbini açıqladı
Azərbaycan çempionatlarında ilin ən erkən startı
"Qarabağ" son 21 mövsümün rekordunu təkrarladı
Juninyo Braziliya televiziyasına açıqlamasında nə dedi?