“Bazel” çox güclü komandadır. Artıq bu İsveçrə klubu haqqında ilkin məlumatları toplamışıq. Komandanın baş məşqçisi almaniyalı mütəxəssisdir. Özü də əvvəllər “Ayntraxt”ın baş məşqçisi olub. Heyətlərində səviyyəli futbolçular oynayır. Onların arasında milli komandaların şərəfini qoruyan futbolçulat da var. 2 nəfər türk futbolçularının olduğundan da xəbərdaram. Bir sözlə, çətin oyun olacaq. Amma püşkün bizim üçün normal olduğunu da deməliyəm. Hər halda, “Latsio”dansa “Bazel”lə düşməyimiz daha yaxşı oldu”. Bu sözləri bu gün Avropa Liqasının Pley-off mərhələsinin püşkatmasına əsasən İsveçrənin “Bazel” klubu ilə qarşılaşacağı məlum olan “Bakı”nın baş məşqçisi Coko Haciyevski Qol.Az-a verdiyi açıqlamasında deyib. O, ilk oyunun evdə keçirilməsinə isə belə münasibət bildirib: “Əlbəttə ki, ilk oyunun səfərdə oynanılması həmişə yaxşı hal sayılıb. Amma neyləmək olar, “Levski” ilə oyunlarda olduğu kimi, püşk, bu dəfə də bizim ilk oyunu evdə keçirəcəyimizi rəsmləşdirdi. İstənilən halda mübarizə aparmaq lazımdır. “Bazel”lə “Levski” arasındakı müqayisəyə gəlincə, hər ikisi güclü komandadır. Hər birinin ayrı-ayrılıqda öz güclü və zəif cəhətləri var. Məncə, “Bazel”in beynəlxalq oyun təcrübəsi daha çoxdur”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video