“Hər şeydən əvvəl Hafiz Məmmədovun simasında özümə yaxşı dost tapdığıma görə sevinirəm. Oyundan sonra ona yaxınlaşıb, komandasının göstərdiyi oyuna görə təbrik etdim. Nə yaxşı ki, futbol üçün belə fədakarlıq göstərən adamlar var. Mən klubun maliyyəsinin uzaqbaşı 45-50 faizini verirəm, eyni zamanda klub özü pul qazanır. Hafiz Məmmədov isə cibindən bu qədər pul xərcləyir”. Bu sözləri “Levski” - “Bakı” matçından sonar jurnalistlərlə görüşərkən Sofiya klubunun prezidenti Todor Batkov deyib. Klub başçısı bildirib ki, o, yenidən komandamızla qarşılaşmağı arzulayır: “Yadınızdadısa, üç il əvvəl də «Bakı» ilə qarşılaşa bilərdik. Onda mən şəxsən «Bakı»nın Gürcüstan çempionu ilə oyunlarını izləmişdim. Komandanız son 3 ildə inanılmaz dərəcədə tərəqqi edib. Bugünkü oyuna gəlincə, təşkilati yöndə qəfil çətinliklərlə üzləşdik. Axşam ildırım çaxması stadionun tablosunu və projektorlardan birini sıradan çıxarmışdı. Lakin stadionu oyuna hazır edə bildik. «Bakı» ilə avrokuboklar çərçivəsində bir daha görüşməyə çox şad olardım. Kim bilir, bəlkə də bu mövsüm Avroliqanın 1/8 və ya ¼ final mərhələsində qarşılaşdıq”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video