UEFA Avropa Liqasında Ağdamın "Qarabağ" klubunun rəqibi olan Finlandiyanın "Honka" komandası dünən gecə Bakıya gəlib və paytaxtın "Park İnn" mehmanxanasında məskunlaşıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunöncəsi son məşqinə saat 19:00-da çıxacaq Finlandiya təmsilçisi ölkə birinciliyinin son turunda səfərdə "MyPa" klubuna 3:1 hesabı ilə qalib gəlməklə turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Honka" cavab oyunu avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu Polşalı hakimlər briqadası idarə edəcək.
Baş hakim: Tomaş Mikulski
Baş hakimin köməkçiləri: Pyotr Sadçuk və Konrad Sapela
Dördüncü hakim: Hubert Seyeviç
Hakim-inspektor: Oleq Çukin (Belorusiya)
UEFA nümayəndəsi: Rudolf Repka (Çexiya)
"Qarabağ" - "Honka" oyunu saat 20:00-da başlayacaq.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı