"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. "Qəbələ" ilə qarşılaşan Böyükağa Ağayevin komandası 2:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, hesabı oyunun ilk hissəsində cərimə zərbəsindən "Neftçi" klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov açıb. "Ağ-qaralar" ikinci qolu da standart vəziyyətdən sonra vurublar. Valentin Atem oyunun ikinci hissəsində cərimə meydançasına daxil olan zaman rəqib müdafiəçinin əllə oynaması hakimin penalti nöqtəsini göstərməsinə səbəb oldu və "Neftçi"nin bu mövsüm "İnter"dən transfer etdiyi uruqvaylı hücumçu Valter Quqlemon hesab arasındakı fərqi artırıb – 2:0. "Neftçi"nin üstünlüyü şəraitində keçən oyunda baş məşqçi Böyükağa Ağayev futbolçuların çoxuna şans verib.
Qarşılaşmadan sonra "İhlas" xəbər agentliyinə müsahibə verən təcrübəli mütəxəssis əsas heyətin müəyyənləşməsi üçün bu oyunun vacibliyini bildirib. Oyundan və nəticədən razı qaldığını söyləyən Ağayev demək olar ki, əsas heyət haqqında yekun qərara gəldiyini də qeyd edib. "Neftçi" Türkiyədə sonuncu yoxlama oyununu avqustun 6-da keçirəcək.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı