Milli komandamızın baş məşqçisi Berti Foqts verdiyi son müsahibədə Azərbaycan futbolu və futbolçuları haqda aşağılayacı ifadələr işlədib. Azərbaycanın iki klubunun - «Bakı» və «Qarabağ»ın Avrokuboklardakı mühüm və tarixi qarşılaşmaları, o cümlədən millimizin Almaniyaya qarşı oyunu ərəfəsində Foqts deyib: «Almaniya Azərbaycanın qapısına nə qədər az qol vursa, bu, bir o qədər Azərbaycan komandasının uğuru sayılacaq. Azərbaycanın Almaniyaya qol vurması isə lotereyada uğur qazanmaq kimi bir şeydir».
Heç şübhəsiz, Almaniya ilə oyunda Azərbaycan milli komandasından kimsə qələbə və ya heç-heçə tələb etmir, sadəcə, bunu arzulayır. Təbii ki, Almaniya kimi nəhəng bir komandanın nəyə qadir olduğunu indi bir-bir sadalamağa ehtiyac yoxdur. Sadəcə, Azərbaycan millisinə cavabdeh olan bir şəxsin rəhbərlik etdiyi komandaya, deməli, onun timsalında həm də futbolçularımıza bu qədər inamsızlığı təəccüb doğurmaya bilmir.
Almaniya çox güclü komandadır, amma məğlubedilməz deyil.
Almaniyanın müdafiə xətti güclü, çox güclüdür, amma onun qapısına qol vurmaq mümkündür…
Cənab Foqts, bəlkə də Azərbaycan milli komandasına dəvət etdiyiniz və bir işə yaramayan əcnəbi futbolçular Almaniyanın qapısına qol vurmağı bacarmazlar. Bizim öz futbolçularımız almanlardan nə qədər geri qalsa belə, hər halda o legionerlərdən daha yaxşı təsir bağışlayır və meydanda qeyrətlə oynayırlar. Düzdür, siz bunu görmürsünüz. Axı, hardan biləsiniz ki, əsas heyətinin 95 faizini azərbaycanlı futbolçuların təşkil etdiyi «Qarabağ» komandası «Rusenborq» kimi bir komandanı mübarizədən kənarda qoyub, Finlandiya «Honka»sını səfərdə məğlub edib. Oyuna baxmamısız axı. Özünüzün də etiraf etdiyiniz kimi, siz «Qarabağ»ın uğurundan təəccüblənmisiniz.
Bəli, biz demirik ki, «Qarabağ» və ya «Bakı» Avropada daha böyük zəfərlərə imza atacaq. Amma bütün bu uğurlar göstərir ki, Azərbaycan futbolçularında ruh və qələbə istəyi var. Bu olan yerdə qələbə də olacaq, qol da vurulacaq. Rəqibin kimliyindən asılı olmayaraq…
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı