Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıqlarını davam etdirir. Gündə iki dəfə məşq edən komandanın məşqçilər korpusu həm taktiki-texniki səviyyənin qaldırılmasına, həm də yeni oyunçuların seçilməsinə diqqət ayırır. Ötən mövsümkü heyətdən "Qəbələ"də cəmi 11 futbolçu qalıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, məhz buna görə də, hazırda düşərgədə Serbiyadan 5, Ukraynadan 2, Rumıniya, Braziliya və Tunisdən hərəyə 1 futbolçu baxışdadır. Onlar haqqında qərar yaxın günlərdə qəbul olunacaq.
Kollektivə daha bir futbolçu qoşulub ki, o, baxışda deyil. Söhbət "Qəbələ" azarkeşlərinin yaxşı tanıdıqları Elnar Kərimovdan gedir. 2007-ci ildən komandanın şərəfini qoruyan 24 yaşlı qapıçı artıq İzmitdədir və komandanın məşqlərində iştirak edir. Qeyd edək ki, bir neçə gün öncə Elnar "Qəbələ"dən ayrılaraq "Turan"a keçməyi qərara almışdı. Lakin tərəflər arasında danışıqlar müsbət nəticə verməyincə gənc qolkiper yenidən sabiq komandasına qayıtmaq istədiyini bildirdi və klub rəhbərliyi onun müraciətinə müsbət cavab verdi.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub