“Karvan” Bəşir Müqədini geri qaytardı

XƏBƏR 31 İyul 2009 / 20:50 2146
-  A +

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən Yevlaxın "Karvan" komandası "Boluspor"la yoxlama oyununda qüvvəsini sınayıb. Qol.Az-ın məlumatına görə, Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan "Boluspor"u Leandro Qomeş (2), Markos Ferreyra, Anar Həsənov və Dövlətmurad Atayevin qolları ilə 5:0 hesabı ilə darmadağın edən Yunis Hüseynovun komandası Azərbaycana avqustun 8-də dönəcək. Qeyd edək ki, Yevlax təmsilçisinin düşərgəsində bir zamanlar bu komandanın heyətində çıxış etmiş Fil Dişi Sahilindən olan Yakuba Bamba və tunisli Bəşir Müqədi də yer alır.


Qarabağ FK
Son xəbərlər
topaz banner