Dünən Avropa Liqasının 3-cü təsnifat mərhələsinin Helsinkidə keçirilən ilk “Honka”-“Qarabağ” matçına yerli publika demək olar ki, maraq göstərməyib. Hər halda, 8 000 yerlik stadiona cəmi 2300 azarkeşin gəlməsi də bunu göstərir. Matçın heç bir yerli telekanal tərəfindən canlı yayınlanmaması da onu sübut edir ki, Finlandiyada futbol bir nömrəli idman növü deyil. Elə bu gün çıxan Finlandiya qəzetləri də dünənki oyuna demək olar yer ayırmayıblar. Qol.Az-ın məlumatına görə, çox az sayda mətbu orqan dünənki matçla bağlı qısa xəbərlər yerləşdirib ki, bunlardan biri də “Helsinki Times” nəşridir. Mənbə oyunu şərh etməklə bərabər “Qarabağ”ı növbəti mərhələyə çıxması münasibəti ilə təbrik də edib: “Honka” Avropa Liqasının 3-cü mərhələsində üz-üzə gəldiyi rəqibi ilə bacarmadı. Qələbə üçün qol lazımdır. Həmin qolu isə vura bilmədik. Əvəzində bunu, Azərbaycan klubu bacardı. Onlar yaxşı təşkil olunmuş hücumu qolla tamamladılar. Qolun müəllifi olan 9 nömrəli futbolçuları onsuz oyun boyu öz fəallığı ilə diqqət çəkmişdi. “Qarabağ”ı artıq qələbə münasibəti ilə təbrik etmək olar. Onlara tövsiyyə etmək olar ki, gedib indidən növbəti mərhələ haqqında fikirləşsinlər. Azərbaycanlıların yaxşı təşkil olunmuş heyətləri var. Onsuz, “Rusenborq”u məğlub etdikdən sonra məlum olmuşdu ki, “Honka”nın bu komanda önündə şansı çox aşağıdır”.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"