Ramal Hüseynov “Kocaelispor”u məğlubiyyətdən xilas edə bilmədi

Ramal Hüseynov “Kocaelispor”u məğlubiyyətdən xilas edə bilmədi
XƏBƏR 30 İyul 2009 / 15:32 2642
-  A +

Yeni mövsümün hazırlığını davam etdirən “Kocaelispor” dünən daha bir yoxlama oyunu keçirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmit təmsilçisi “İstanbulspor”la qarşılaşıb. Həmyerlimiz Ramal Hüseynov matçın son 24 dəqiqəsində forma geymək imkanı qazanıb. Ramal matçın 66-cı dəqiqəsində Felipe Batistanın əvəzinə meydana daxil olub. Lakin Hüseynov komandasını məğlubiyyətdən xilas edə bilməyib. “İstanbulspor” 41-ci dəqiqədə Gürkanın vurduğu qolla rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

 


Son xəbərlər
topaz banner