«Neftçi»nin maraq göstərdiyi estoniyalı Vladimir Voskoboynikov özünə yeni klub axtarır. Qol. Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvanın «Torpedo» klubu 2-ci dəstəyə yuvarlandığından hücumçu karyerasını başqa komandada davam etdirmək məcburiyyətindədir. Rusiya çempionatının əsasnaməsinə görə, 2-ci liqada əcnəbilər çıxış edə bilməzlər. «Torpedo»nun bir ara maliyyə böhranına görə, dağılacağına dair söz-söhbət gəzirdi. Amma klubun direktorlar şurasının sədri Vladimir Alyoşin gənc futbolçulardan qurulmuş heyətlə ikinci liqada yarışacaqlarını deyib. Xatırladaq ki, Voskoboynikov Anatoli Demyanenkonun dövründə «Neftçi»yə gələrək, baxışdan keçmişdi. Amma ukraynalı mütəxəssis Estoniya yığmasının oyunçusunu bəyənməmişdi. Bununla belə, Hans Yurgen Gede baş məşqçi postuna keçdikdən sonra Voskoboynikov yenidən «ağ-qaralar»ın maraq dairəsinə düşub. «Neftçi»nin hollandiyalı məşqçisi Rob Reekers Tallinə gedərək, Estoniya yığmasının heyətində çıxış edən Voskoboynikovun oyununu izləmişdi. «Torpedo» millimizin sabiq oyunçusu Daniel Axtyamovu da transferə çıxarıb.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı