Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunun Polşanın “Poloniya” klubundan gedişi rəsmiləşib. Hazırda Varşavada olan 23 yaşlı futbolçu sabah vətənə dönəcəyini bildirib. Onun sözlərinə görə, “Poloniya”dan birdəfəlik ayrılması ilə bağlı məsələ artıq tam həllini tapıb: “Bakıya transfer vərəqəmlə gəlirəm. “Poloniya” ilə müqaviləm gələn yay başa çatsa da, qalmaq istəmirdim. Səbəb də yığmanın üzvü olduğum halda, oynamamağım idi. “Poloniya” cari mövsümdə ən az top buraxan komandadır. Baş məşqçimiz də bunu nəzərə alaraq, müdafiə xəttində dəyişiklik etmək istəmirdi. Nəticədə özümü göstərmək şansı qazanmır, daim ehtiyatda qalırdım. “Poloniya” məni satıb, pul qazanmaq istəyirdi. Ancaq biz menecerimlə birgə elə etdik ki, azad agent statusu alaq. Açığı, bunun üçün çox çalışdıq və zəhmətimiz hədər getdi. Uzun sürən danışıqlardan sonra mənə azad agent statusu verdilər”.
Polşada cari çempionatda meydana çıxmayan Yunisoğlu bu ölkəyə qayıdışı istisna etmir: “Polşadakı çıxışımdan narazı qalmadım. Əksinə, hesab edirəm ki, böyük təcrübə topladım. Mən peşəkar futbolçuyam və yenidən bu ölkədə çıxış etmək istərdim. Karyeramı harada davam etdirəcəyimə yeni ildən sonra aydınlıq gətirəcəyəm. Buna qədər isə yaxşıca istirahət etmək istəyirəm”.
Qeyd edək ki, Saşa ötən ilin avqustunda kapitanı olduğu İmişlinin “MKT-Araz” klubu dağıldıqdan sonra UEFA kubokunda qarşı oynadığı Polşanın “Qrotslin” komandasına keçib. Müdafiəçimiz ötən mövsüm bu komandanın heyətində Polşa çempionatının bürünc mükafatçısı olub. UEFA kubokuna vəsiqə qazanmasına baxmayaraq, çıxış etməkdən imtina edən “Qrotslin” yayda “Poloniya” klubu ilə birləşdikdən sonra Varşavanı təmsil edir.
Mənbə:apasport.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır