Vladimir Mazyar "Simurq"dan getdi

XƏBƏR 28 İyul 2009 / 12:06 2135
-  A +

"Simurq" ukraynalı forvard Vladimir Mazyarla yollarını rəsmi şəkildə ayırıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi bu yay müqaviləsi başa çatan futbolçu ilə anlaşmanın müddətini uzadmayıb və oyunçuya azad transfer hüququ verib. Bir neçə gün öncə "sarı-qaralar"ın düşərgəsini tərk edən və Gürcüstandan vətəninə yollanan Mazyar Ukrayna premyer-liqa təmsilçisi Ujqorod "Zakarpatye"si ilə müqavilə bağlayıb. Artıq ilk oyununa çıxan futbolçu "Vorskla"ya qarşı görüşdə 45 dəqiqə forma geyib, komandası isə 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb. 2 il yarım "Simurq"un şərəfini qoruyan Vladimir Mazyar bu müddətdə keçirdiyi 57 oyunda vurduğu 28 qolla komandanın tarixində ən yaxşı bombardir ünvanını özündə saxlayır.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...