“Levski”nin prezidenti: “Sabahkı oyunda kimin favorit olduğunu demək tezdir”

“Levski”nin prezidenti: “Sabahkı oyunda kimin favorit olduğunu demək tezdir”
XƏBƏR 27 İyul 2009 / 20:50 2194
-  A +

“Bakı” çox güclü komandadır. Sizin komandanızın “Ekranas”la hər iki oyununu izləmişik. Xüsusilə də Bakıdakı oyunda komandanız yaxşı təsir bağışlayıb”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri sabah Çempionlar Liqasının üçüncü mərhələsinin ilk oyunları çərçivəsində “Bakı”yla qarşılaşacaq Bolqarıstan çempionu “Levski”nin prezidenti Todor Batkov deyib. Klub başçısı bildirib ki, sabahkı oyunda favorit görmür: “Buna baxmayaraq, bizim Avrokuboklarda böyük təcrübəmiz var. Həm də komandamızda təcrübəli futbolçular çoxdur. Oyun haqqında konkret proqnoz vermək çox çətindir. Sabahkı oyunda kimin favorit olduğunu demək hələ tezdir”.  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...