“Levski”nin ən təcrübəli futbolçusu həyəcan keçirdiyini etiraf etdi

“Levski”nin ən təcrübəli futbolçusu həyəcan keçirdiyini etiraf etdi
XƏBƏR 27 İyul 2009 / 17:35 2216
-  A +

“Bolqarıstanda hər kəs sabahkı oyunun nəticəsini gözləyr. Bu isə bizim üzərimizə əlavə məsuliyyət qoyur. Opponentimiz çox ciddi rəqibdir və güclü heyətə malikdir. Buna baxmayaraq, biz sübut etməliyik və öz oyunumuzla göstərməliyik ki, istənilən uğuru qazanmağa qadirik”.  Qol.Az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçı çərçivəsində sabah “Bakı” ilə üz-üzə gələcək Bolqarıstan çempionu “Levski”nin ən təcrübəli və aparıcı futbolçularından biri olan Emil Topuzakov Sofiya hava limanında yerli sportal.bg saytına açıqlamasında deyib. Komandanın baş məşqçisi və idman direktorundan fərqli olaraq Emil həyəcanlı olduğunu etiraf edib: “Həyəcan şübhəsiz ki, var. Bir neçə gün bundan qabaq komandanın baş məşqçisi istefaya gedib, onun yerinə yeni məşqçi gəlib. Vacib oyun ərəfəsində bu cür dəyişiklik oyun planında da özünü göstürü bilər. Lakin biz öz üzərimizə düşəni etməliyik. Əgər sənin qarşına yüksək hədəflər qoyulubsa, ona çatmaq üçün əlindən gələni etməlisən”.

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...