- İyulun 24-dən 26-dək AFFA-nın inzibati binasında hakim-inspektor və AFFA nümayəndələri üçün seminar keçirildi. Əvvəlcə bu barədə məlumat verməyinizi istərdik…
- Qeyd etdiyiniz kimi, Premyer Liqa və ölkə kuboku çərçivəsində keçiriləcək oyunlara təyinat alacaq hakim-inspektor və AFFA nümayəndələri üçün seminar keçirildi. Məşğələlər yüksək səviyyədə təşkil edilmişdi. Seminarın gedişində FİFA və UEFA-nın son təlimatları, qaydalardakı son izahatlar təhlil edildi və iştirakçıların diqqətinə çatdırıldı. Sonda seminar iştirakçıları imtahan verdilər.
- İmtahanda həm hakim-inspektorlar, həm də AFFA nümayəndələri lazımi fəallıq göstərə bildilərmi?
- Hazırda bizim əsas qrupumuz formalaşıb. Onlar təcrübəli veteran futbolçular və idman mütəxəssisləridirlər. Ona görə də həmişə fəallıq müşahidə edilir. Tədricən onların sırasına bu işin öhdəsindən gələ biləcək mütəxəssisləri cəlb etməyə çalışırıq. Eyni zamanda işinin öhdəsindən gələ bilməyənləri aşağı dəstəyə keçiririk. Ümumi götürdükdə, seminarın gedişatından razı qaldım. Bu gün AFFA-nın inzibatı binasında bu cür məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bir faktı da qeyd edim ki, ötən ay Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla birgə Avstriyanın Vyana şəhərində təşkil edilən UEFA-nın seminarında iştirak etmişdik. Oradan aldığımız bütün materialları qısa vaxt ərzində Azərbaycan dilinə tərcümə etdirib bütün hakim-inspektor və AFFA nümayəndələrinə çatdırdıq.
- Hakimlərin seminarı zamanı veteran əcnəbi referilərdən biri dəvət edilir və məşğələlər keçirdi. Bəs bu təcrübədən necə, istifadə etməyi düşünürsünüzmü?
- Bu cür məşğələlər keçiriləndə hakim-inspektorlar da iştirak edirdilər. Ümumiyyətlə, indi dünyanın bir çox ölkələrində Hakimlər və Hakim-İnspektorlar Komitəsi vahid şəkildə fəaliyyət göstərirlər. Bu, əslində təəccüblü də deyil. Çünki hər iki qurum, demək olar, eyni işi görür. Ona görə biz də bütün tədbirlərdə birgə fəaliyyət göstərməyə çalışırıq.
- Sizcə, 3 günlük seminar mövsümün gedişində lazımi effekt verəcəkmi?
- Bəli. Çünki biz mövsüm ərzində də tez-tez bir yerə yığışıb, ortaya çıxan problemi həll etməyə çalışırıq. Hansısa sual yarananda onu birgə aydınlaşdırırıq. Bu baxımdan üç günlük seminar bizi qane edir.
- Ötən çempionatda hakim-inspektorlar və AFFA nümayəndələri də müəyyən səhvlərə yol verdilər...
- Səhvlərimizin olduğunu mən də etiraf edirəm. Həmişə bu səhvlər üzərində dayanılıb, müzakirələr aparılıb. Artıq hər bir hakim-inspektor və AFFA nümayəndəsinin attestasiya vərəqi hazırlanıb və özlərinə təqdim edilib. Onların hər birinin son mövsümü necə başa vurmaları haqqında özlərində məlumat var. Eyni zamanda həmin şəxslərin mövsüm ərzindəki fəaliyyəti kollektiv şəkildə müzakirə olundu. İşinin öhdəsindən yaxşı gələnlər də oldu, Premyer Liqanı iradlarla başa vuranlar da. Kim ki zəif nəticə göstərib, onlara sonuncu xəbərdarlıq edilib.
- XVII Premyer Liqa ilə müqayisədə yeni birinclikdə kimlər təyinatsız qalacaqlar?
- İmtahanların yekunu barədə hələ qəti fikir söyləmək mümkün deyil. Çünki cavablar təhlil olunmalıdır. Bundan başqa, üzürlü səbəbdən seminara qatılmayanlar da oldu. Ezamiyyətdə olanlar, eləcə də hansısa tədbirdə iştirak etmək üçün xaricə gedənlər də bir yerə toplaşdıqdan sonra tam siyahı təsdiq olunacaq.
- Bəs yaş limiti ilə əlaqədar karyerasını başa vuranlar oldumu?
- Sonuncu mövsümə qədər qoyanlar var. Söhbət AFFA nümayəndələri Cahangir Hüseynovla Bəşir Əliyevdən gedir.
- Çempionat ərəfəsində hansısa seminarın keçirilməsi nəzərdə tutulubmu?
- Hakimlərin Türkiyədəki təlim-məşq toplanışı başa çatdıqdan sonra müzakirəyə ehtiyac olan məsələlər ortaya çıxarsa, əlbəttə, yenidən bir araya gələcəyik. Bir məsələni də vurğulayım ki, biz müəyyən qruplar yaradacağıq. Həmin qrupların tərkibində hakim-inspektorlar, AFFA nümayəndələri və hakimlər yer alacaqlar. Onlar mövsüm başlamazdan əvvəl Premyer Liqa klublarında olacaq, müəyyən söhbətlər edəcək və yenilikləri çatdıracaqlar. Futbolun inkişafına xidmət edən bu tədbiri mütləq keçirəcəyik.
- Birinci divizion və əvəzedicilərin çempionatında oyunlara təyinat alacaq hakim-inspektorlar üçün seminar nə vaxt baş tutacaq?
- Onlar üçün də seminar məşğələlər mütləq keçiriləcək. Həmin toplatının sonunda imtahan verəcəklər. Ancaq bu seminarın konkret hansı tarixdə keçiriləcəyini deyə bilmərəm
Mənbə: affa.az
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord