Kaxaber Txadadze: “Futbolçulardan razıyam”

Kaxaber Txadadze: “Futbolçulardan razıyam”
XƏBƏR 26 İyul 2009 / 14:35 2016
-  A +

Son bir həftə ərzində keçdiyimiz məşqlərin komandaya böyük faydası oldu. Artıq Bolqarıstanda keçdiyimiz hazırlıq prosesinin ilk mərhələsini başa vurduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Txadadze dünən “Sportis”ə qarşı keçirilən yoxlama oyununda sonra klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Gürcü mütəxəssis bildirib ki. futbolçuların hazırkı durumundan razıdır: “İyulun 27-dən etibarən hazırlığın ikinci mərhələsinə başlayacağıq. Bu zaman futbolçular daha çox “yükləməyə” məruz qalacaqlar. Hazırkı durumda futbolçulardan razıyam. Onlar qarşıya qoyulan tapşırıqları lazımınca yerinə yetirirlər”.

Son xəbərlər