Gürcü futbolçu Əsgər Abdullayevi xilas etdi

Gürcü futbolçu Əsgər Abdullayevi xilas etdi
XƏBƏR 25 İyul 2009 / 11:35 2300
-  A +

Yeni mövsümün hazırlığını Gürcüstanda davam etdirən “Olimpik-Şüvəlan” dünən təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Əsgər Abdullayevin yetirmələri ikinci liqa təmsilçisi “Spartak”la qarşılaşıb. Matça fəal başlayan Sxinvali klubu artıq matçın əvvəlində hesabı açıb. Lakin birinci hissənin sonuna yaxın “Olimpik-Şüvəlan” bərabərlik qolunu vurub. Baxışda olan Ravaz Javnidze matçın nəticəsinin müəyyənləşdirib - 1:1. “Olimpik-Şüvəlan” növbəti yoxlama oyununu “Sioni”yə qarşı keçirəcək.


Son xəbərlər
topaz banner