“İnter” Ağdamın işğalını Bolqarıstanda yad etdi

XƏBƏR 24 İyul 2009 / 11:50 2162
-  A +

Dünən Bolqarıstanda yerli ÇSKA ilə yoxlama görüşü keçirən “İnter” də Ağdamın işğalı gününə biganə qaımayıb. Belə ki, oyun başlamazdan öncə hər iki komandanın heyəti və stadiona toplaşan azarkeşlər Ağdamın işğal olunması nəticəsində həlak olmuş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qeyd etmək yerinə düşərdi ki, komandamızın məşqçi heyəti və futbolçular meydana qollarında qara sarğıyla çıxmışdılar. Yoldaşlıq oyunu olmasına baxmayaraq, stadiona təxminən 8 min azarkeş toplaşmışdı. Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndələri də qarşılaşmanı seyr etmək üçün stadiona gəlmişdilər.

 


Son xəbərlər