“İnter” ÇSKA ilə heç-heçə oynadı

XƏBƏR 24 İyul 2009 / 11:43 2038
-  A +

İyulun 23-də təlim-məşq toplanışı çərçivəsində "İnter" ikinci yoxlama oyununu keçirdi, Bu dəfəki rəqib  Bolqarıstanın güclü komandalarından biri olan ÇSKA olub. Qo.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı bolqarlar açıblar. Birinci hissənin 38-ci dəqiqəsində qolu rəqib komandanın oyunçusu Rui Miqel vurdu . Komandamız oyunda tarazlığı 93-cü dəqiqədə bərpa etməyə müvəffəq oldu. Xaqani Məmmədovun əla ötürməsini Asif Məmmədov dəqiq yerinə yetirdi. Xatırladaq ki, bu, A.Məmmədovun keçirilən yoxlama oyunlarında vurduğu sayca ikinci qoldur.
Bu arada baxışda olan əcnəbilərdən Marselo Labarte ilə Vetto Damyanin bəyənilməyərək geri göndərilib.

 


Son xəbərlər