"Neftçi" hazırlığı bərpa edib

"Neftçi" hazırlığı bərpa edib
XƏBƏR 23 İyul 2009 / 17:58 1949
-  A +

Türkiyədəki təlim-məşq toplanışı başa çatandan sonra iki günlük istirahətə buraxılan “Neftçi” hazırlığı bərpa edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçular bu gün səhər saatlarında klubun bazasındakı meydançada məşq keçiblər. Komandanın növbəti hazırlığı sabah baş tutacaq. İyulun 25-də isə “Neftçi” təlim-məşq toplanışının növbəti mərhələsini keçməkdən ötrü Türkiyəyə yollanacaq. Komanda üzvləri keçən dəfə olduğu kimi İzmit şəhərinin Kartəpə vilayətində yerləşən “Green Park” otelində məskunlaşacaqlar.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...