“Bakı”nın baş məşqçisi “Qarabağ”a uğurlar arzuladı

“Bakı”nın baş məşqçisi “Qarabağ”a uğurlar arzuladı
XƏBƏR 23 İyul 2009 / 16:51 2098
-  A +

“Bugünkü oyunda “Qarabağ”a uğrular arzulayıram. Şəxsən mən “Qarabağ”a güvənirəm. İnanıram ki, “Bakı”nın ardınca daha bir klub mərhələ adlamaqla, Azərbaycanın reytinqini daha da yüksəldəcək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ” - “Rusenborq” matçı haqda fikirlərini bölüşərkən, “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı məşqçi bildirib ki, “Bakı” klubu hamılıqla bu gün “Qarabağ”ı stadiondan dəstəkləyəcək: “Biz bu gün komanda şəklində “Qarabağ”ı dəstəkləyəcəyik. Amma onu da deyim ki, matç çox çətin keçəcək. Dünən “Rusenborq”un məşqini izlədik. Komandanınü üzvü Zahoraynan da söhbətim oldu. Qeyd edim ki, Zahoranı Zaqreb “Dinamo”undakı çıxışından tanıyıram. O da bildirdi ki, oyun çox çətin keçəcək”.  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...