Aslan Kərimov: “Uduzmaq qorxusunu özümüzdən kənar etməliyik”

Aslan Kərimov: “Uduzmaq qorxusunu özümüzdən kənar etməliyik”
XƏBƏR 22 İyul 2009 / 21:06 2384
-  A +

“Oyuna normal qaydada hazırlaşmışıq. “Rusenborq”un 4 oyununa baxdıq. Amma hər dəfə fərqli-fərqli oyun sisteminə üstünlük verirdilər”. Qol.Az-ın məlumatına görə bu sözləri sabah Avroliqanın ikinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Rusenborq”la qarşılaşacaq “Qarabağ”ın kapitanı Aslan Kərimov deyib. Aslan bildirib ki, ajiotajın onlara pis təsiri ola bilər: “Rusenborq”un üzvlərinin hamısı Avropa səviyyəli oyunçulardır. Ona görə də kimisə fərqləndirmək olmaz. Çalışacağıq ki, kollektiv oyun sərgiləyək. Baş məşqçinin tapşırığını yerinə yetirməyə çalışaq. Rəqib də kollektiv oyuna üstünlük verir. Əsas odur ki, uduzmaq qorxusunu özümüzdən kənar eləyək. Ajiotajın pis təsiri də ola bilər. Yalnız və yalnız oyunu düşünməliyik”.


Son xəbərlər