“Qarabağ” - “Rusenborq” matçı öncəsi, həqiqətən də, böyük ajiotaj yaranıb. Hazırda bütün Azərbaycanın diqqəti bu oyuna yönəlib. Həqiqətən də sabah xalqımız bir daha öz birliyini və həmrəyliyini nümayiş etdirməlidir. Hamı kimi Qarabağ müharibəsi iştirakçıları və veteranları da sabahkı qarşılaşmaya kökləniblər. Ölkə kubokunun "İnter"-"Qarabağ" finalında olduğu kimi Cəbrayılın müharibə veteranları bu dəfə də bəyanat yayaraq komandamıza inandıqlarını bildirməklə bərabər, hamını “Qarabağ”ın ətrafında birləşməyə çağırdılar. Qol.Az-ın əməkdaşı ilə söhbətində müharibə veteranı Vaqif Əlisoy bu bəyanatla bir daha “Qarabağ”ın arxasında olduqlarını bildirdi. Həmin bəyanatın mətnini sizin də diqqətinizə çatdırırıq: “Püşkatma mərasimindən sonra klublarımızın rəqibləri məlum olanda “Qarabağ”a görə çox narahat olmuşduq. çünki bəzi azarkeşlər və futbol mütəxəssisləri istisna olmaqla, heç kim Ağdam klubunun uğur qazanacağına inanmırdı. Heyəti legionerlərdən təşkil olunmuş “Simurq” və “İnter”in mübarizəni dayandırması bu narahatlığı bir qədər də artırdı. Amma biz Qarabağ veteranları həmişə öz komandamıza inanmışdıq. Həqiqətən də “Qarabağ” bu inamımızı puç etmədi. Səfərdə Norveçin və Avropanın ən güclü klublarından biri olan “Rusenborq”a qarşı əsl qəhrəmanlıq nümayiş etdirdik. Tronheymdəki oyundan sonra bütün Avropa “Qarabağ”dan danışdı. Biz buradan klubun vitse-prezidenti Tahir Gözələ, komandanın baş məşqçisi Qurban Qurbanova və güclərini göstərmiş futbolçularımıza təşəkkür edirik. Ayın 23-də isə bizi daha ağır sınaq gözləyir. Həmin gün həm də Ağdamın işğal günüdür. Buradan bütün xalqımıza səslənirik. Gəlin ayın 23-də “Qarabağ”a birlikdə dəstək olaq. Şüarımız da “Ya Qarabağ, ya ölüm” olsun. Gəlin həmin günü Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha sübut edək. Telekanallarımıza da “Qarabağ”ın matçına biganə qalmamağı tövsiyə edirik. Biz Qarabağ müharibəsi veteranları olaraq komandamızın “Rusenborq” səddini keçəcəklərinə inanırıq”.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək