Azərbaycanın aparıcı media orqanlarının rəhbərləri «525-ci qəzet»in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin «Qarabağ»ın Ağdamın işğalı günündə Norveçin «Rusenborq» komandasıyla Bakıda keçirəcəyi oyunu birbaşa stadiondan izləməklə bağlı redaktorlara etdiyi çağırışı müsbət dəyərləndiriblər.
Qol.Az-ın müxbiriylə söhbətində Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Rəşad Məcidin çağırışına səs verənlərdən və onu dəstəkləyənlərdən biri olduğunu deyib: «Sabahkı oyunda mütləq iştirak edəcəyəm. O cümlədən öz adımdan bütün qəzet redaktorlarını, media əhlini, jurnalistəri stadionda “Qarabağ”a dəstək olmağa çağırıram. Komandamızın mərhələ keçmək şanslarına gəlincə, “Rusenborq” güclü rəqibdir. Amma istənilən komandanın enişli-yoxuşlu vaxtları olur. Arzulayıram ki, sabah tribunalar ağzına qədər azarkeşlərlə dolu olsun. Çünki onların dəstəyi həlledici ola bilər. Bəli, etiraf edək ki, rəqib çox güclüdür. Təbii ki, mən arzulamazdım ki, komandamız məğlub olsun. Amma bu baş versə belə, yenə də ruhdan düşmək olmaz. Sonda oyunun nəticəsinin daha çox bəxtdən asılı olacağını düşündüyümü də deməliyəm”.
Millət vəkili, yazıçı-publisist Aqil Abbas Rəşad Məcidin təklifinə qoşularaq, bütün həmkarlarını Ağdam klubuna dəstək olmağa dəvət edib: “Mən də Rəşad Məcidin təklifinə qoşuluram. Həqiqətən də hamımız iyulun 23-də stadionda olmalıyıq. Mən hesab edirəm ki, Azərbaycanı, Qarabağı sevən hər kəs iyulun 23-də stadionda olmalı, “Qarabağ”a dəstək verməlidir. Məncə, Azərbaycanda Qarabağı sevməyən insan yoxdur. Ona görə də mən də hamını komandamıza belə bir gündə dəstək olmağa çağırıram. İnşallah, “Qarabağ” “Rusenborq”u məhz möhtəşəm azarkeş dəstəyi ilə keçəcək. Avroliqanın püşkatması atılandan sonra çoxları dedi ki, “Qarabağ”ın bəxti gətirmədi, “Rusenborq” güclü komandadır. Amma “Qarabağ” nəyə qadir olduğunu səfərdəki oyunda göstərdi”. A.Abbasın fikrincə, “Qarabağ” nəinki “Rusenborq”u, hətta növbəti turu da uğurla keçəcək: “Bir çoxlarının acığına komandamız “Rusenborq”u keçəcək. Mən buna tam əminəm».
APA-nın baş direktoru Vüsalə Mahirqızı da Rəşad Məcidin təklifini dəstəklədiyini bildirərək «Qarabağ»a stadionda azarkeşlik edəcəyini söyləyib: «Çox gözəl bir təklifdir. Ümumiyyətlə, biz gərək hər belə fürsətdə Qarabağ adını hallandıraq və onun yaddan çıxmasına imkan verməyək. Bəli, sabah bizim üçün matəmdir, Ağdamın işğal günüdür. Amma mən bir şeyi də arzu edərdim ki, biz Ağdamı təkcə ağlamaqla, sızıldamaqla xatırlayıb yada salmayaq. Bunu mənfi qəbul edirəm. Çox istərdim ki, Ağdamın işğalı günü əsl vətənpərvərlik nümunəsi göstərib komandamızı dəstəkləyək və qələbəni birlikdə qeyd edək. Ümid edirəm ki, “Qarabağ” da sabah bizi məyus etməyəcək”.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu da təklifi alqışlayıb: «Belə bir gündə diqqətləri Ağdamın işğalı gününə yönəltmək çox yaxşı addımdır. Eyni zamanda, ölkənin tanınmış media əhlini, insanlarını arenaya cəlb etmək çox vacibdir. Təəssüf ki, üzürlü səbəblərdən özüm oyuna gedə bilməyəcəm. Amma kollektivimiz arenada olacaq. “Qarabağ”a uğurlar arzulayıram».
«Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı da “Qarabağ”ın oyununu stadiondan izləyəcəyini vurğulayıb: «Biz bir azərbaycanlı kimi öz borcumuzu yerinə yetirib komandamıza tribunadan dəstək olmalıyıq. Şəxsən mənim üçün matçın önəmi xüsusidir. Özüm Qarabağda doğulmuşam, o klubun çəkdiyi əziyyətləri, zəhmətləri gözümlə görmüşəm. İmkan tapdıqca da, zaman-zaman oyunlarına gedib dəstəkləmişəm. Komandamız Norveçdə 0:0 oynamaqla böyük qəhrəmanlıq etdi. İnanıram ki, sabah da stadionu sevinc hissi ilə tərk edəcəyik. Heç olmasa, bir gün də olsa, o acını, ağrını unudacağımıza inanıram. Bir daha deyirəm, stadiona qaça-qaça gələcəyəm. Rəşad müəllimin səsinə mən də səs verirəm və bütün qələm əhlini “Qarabağ”a dəstək olmağa çağırıram. Bizim dəstəyimiz futbolçulara da xeyli ruh verəcək”
«Ayna» - «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı da Rəşad Məcidin təklifini dəstəklədiyini bildirib: «Bizim qəzet də bu oyuna böyük diqqət ayırıb. Sabahkı sayımızda “Qarabağ”-“Rusenborq” matçına aid xüsusi yazı da dərc olunacaq. Bizim qəzetin əməkdaşlarının əksəriyyəti komandamızı stadiondan dəstəkləyəcək. Mən “Qarabağ”a inanıram. Düzdür, rəqib güclüdür. Amma şans həmişə var. Mənim də arzum odur ki, komandamız növbəti mərhələyə vəsiqə qazansın”.
“Rəşad Məcid zaman-zaman mürgüləmiş instinkqləri oyatması ilə seçilib. Bu mənada, onun təklifini və fikirlərini tam dəstəkləyirəm. Biz gərək öz vətənpərvərliliyimizi və vətənə olan sevgimiz tək danışıqda yox, əməldə də sübut edək. Rəşad müəllimin təşəbbüsü bir vətəndaş təşəbbüsüdür və çox layiqlidir. Bilirsiniz, bu elə məsələdir ki, tək media, jurnalistlər üçün yox, bütün Azərbaycan xalqı üçün önəmli əhəmiyyət daşıyır. Gərək hər bir azərbaycanlı həmin günü “Qarabağ”ın yanında ola». Bu sözləri isə tanınmış telejurnalist Qulu Məhərrəmli deyib. Özünün stadionda «Qarabağ»a dəstək olacağını söyləyən Q.Məhərrəmli doğma meydan amilini «Qarabağ»ın üstünlüyü sayıb: «Üstəlik komandamızı xeyli azarkeşin dəstəkləyəcəyinə inanıram. Mənə elə gəlir ki, bu üstünlüklərdən istifadə edib gözəl, əzmkar oyunla “Rusenborq” səddini keçmək olar. Hər halda mən, öz komandamıza inanıram”.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək