Hazırda bütün Azərbaycanın futbol azarkeşləri “Bakı”nın dünənki möhtəşəm zəfərindən və komandanın yeni transferi, braziliyalı Felipedən danışır. Həqiqətən də bu futbolçu qısa zamanda özündən söz etdirməyi və “Bakı” azarkeşlərinin sevgisini qazanmağı bacardı. Həm Litvada, həm də Bakıda, göstərdiyi oyun və vurduğu qollarla sözün əsl mənasında səviyyəli hücumçu olduğunu sübut etdi. Eyni zamanda, “Bakı”nın mərhələ keçməsində də xüsusi rol oynadı. Bəs görəsən kimdir bu Felipe? Tam adı Felipe Almeyda Feliks olan bu futbolçu 1985-ci ilin 20 aprelinde Braziliyanın Panananes şəhərində anadan olub. İlk peşəkar klubu 2003-cü ildə yerli “Atletiko” olub. Həmin vaxt onun 18 yaşı var idi. 2005-ci ilə kimi “Atletiko”da oynayan Feliks demək olar ki özünü tam şəkildə göstərə bilməyib. Daha doğrusu, heyətdə yerərincə təcrübəli və güclü futbolçuların olması buna imkan verməyib. Bunun nəticəsində “nəhəng” hücumçu 2005-ci ildə “Nazarenos”a keçməli oldu. Demək olmaz ki, burada da tam olaraq potensialını açmağı bacarıb. Amma “Atletiko” ilə müqayisədə az-çox diqqət çəkə bilib. Nəhayət, 2008-ci ildə Feliksin üzünə gün doğdu. Belə ki, Rusiyanın Nalçik şəhərinin “Spartak” klubu hücumçu ilə müqavilə bağlayəb. “Spartak”ın heyətində oynadığı 1 il ərzində 19 oyuna çıxan braziliyalı bir dəfə də olsun qol vura bilməyib. Nəhayət, onu “Bakı” funksionerləri kəşf etdilər və 2009-cu ilin yayında klubun düşərgəsinə cəlb etdiblər. Sloveniyada təşkil olunan təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən Felipe Litvadakı ilk oyunda Haciyevski tərəfindən start onbirlikdə oynamaq şansı qazandı və elə ilk oyundaca özünü sübut etməyi bacardı. Dünənki qarşılaşmada isə onun hansı səviyyədə futbolçu olduğunu hamı gördü. Təsadüfi deyil ki, Feliks meydandan çıxdıqdan sonra litvalılar rahat nəfəs aldılar. Xatırlayırsınızsa, hələ Litvadakı oyundan sonra yerli mətbuat Feliksi “Giqant” adlandırmışdı. Braziliyalı sözün əsl mənasında Giqanta bənzəyir. 198 sm boyu və 95 kq çəkisi olan braziliyalı meydanda qarşısıalınmazdır. Onun transfer qiymətinin 200 000 avro olduğu deyilir. Publikaya oynaması ilə seçilən Feliks ona qarşı edilən kobudluqlara özünəməxsus şəkildə reaksiya verməyi ilə diqqət çəkir. Amma rəqib futbolçularla mübahisəyə girişməklə arası yoxdur. Meydandan kənarda çox sakitdir. Özü o qədər də imkanlı olmayan bir ailədə doğulub. Uşaq yaşlarından futbolu özünə sənət seçib. Braziliyanın heç bir yaş qrupundan olan milli komandalarında oynamayıb. İndi çoxlarını bir sual düşündürür. Görəsən brazililayı Azərbaycanın futbol mühitinə düşdükdən sonra hazırkı formasını qoruyub saxlaya biləcək yoxsa...
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək