“Neftçi” vətənə qayıtdı

“Neftçi” vətənə qayıtdı
XƏBƏR 22 İyul 2009 / 12:34 2051
-  A +

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışının ilk mərhələsini başa vuraraq Bakıya qayıdıb.  Qol.Az-a klubun mətbjuat xidmətindən verilən məlumata görə, ikigünlük istirahətə buraxılan komanda üzvləri iyulun 23-də məşqləri bərpa edəcəklər. Futbolçular iki gün ardıcıl klubun bazasındakı meydançada hazırlıq keçəcəklər. Bundan sonra “Neftçi”nin Türkiyə təlim-məşq toplanışının ikinci mərhələsi başlayacaq. Komanda bu ayın 25-də günorta saatlarında qardaş ölkəyə yola düşəcək. İlk mərhələdə olduğu kimi, İzmit şəhərinin Kartəpə vilayətində hazırlıq keçəcək “Neftçi” Bakıya avqustun 7-də dönəcək.

 


Son xəbərlər