Cəmşid Məhərrəmov: “İnaniram ki, həm “Bakı”, həm də “Qarabağ” növbəti mərhələyə yüksələcək”

Cəmşid Məhərrəmov: “İnaniram ki, həm “Bakı”, həm də “Qarabağ” növbəti mərhələyə yüksələcək”
XƏBƏR 21 İyul 2009 / 15:14 1958
-  A +

“Hazırda “Bakı”da məşq edirəm. Bu komandada hər kəs mənə doğmadır. Amma etiraf etməliyəm ki, mən gedəndən sonra “Bakı” bir qədər dəyişib. Komanda yeni transferlərlə daha da güclənib”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın üzvü, “Bakı”nın köhnə-yeni oyunçusu Cəmşid Məhərrəmov deyib. Təcrübəli futbolçu bildirib ki, “Bakı” və “Qarabağ”ın avrokuboklarda növbəti mərhələyə keçəcəyinə inanır: “Bakı” səfərdə əlverişli nəticə qazanıb. İndi bu nəticəni daha da yaxşılaşdıraraq, növbəti mərhələyə yüksəlmək lazımdır. “Qarabağ” da “Rusenborq”la səfər matçında çox yaxşı oynadı. Qolsuz bərabərlik komandaya cavab oyunuöncəsi müəyyən üstünlük verir. İnanıram ki, həm “Bakı”, həm də “Qarabağ” qalib gələrək, növbəti mərhələyə yüksələcəklər”. 

 


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə