“Turan”a yeni sponsorun tapılması tovuzlu futbolçuları yendən doğma rayona qaytarmağa başlayıb. Belə futbolçulardan biri də, bir müddət bundan əvvəl “Olimpik-Şüvəlan”la müqavilə bağlayan Ruslan Abbasovdur. Qol.Az-a açıqlamasında tovuzlu futbolçu artıq “Turan”a qayıtdığını dedi: “Bəli, mən “Olimpik-Şüvəlan”la müqavilə bağlamışdım. Amma həmin müqavilə rəsmi qaydada notariusdan keçməmişdi. Ona görə yenidən “Turan”a qayıtmağımda problem olmadı”. Abbasov komandanın maliyyə durumunun da yaxşı olduğunu dedi: “Yox, bu dəfə həqiqətən də komandanın maddi durumu normal olacaq. Bir neçə tovuzlu imkanlı iş adamı birləşib komandaya baxırlar. Artıq düşərgəyə yeni legionerlər də dəvət olunub. Hələ daha bir neçəsi də gələcək. Bu gün yeni baş məşqçimiz Nizami Sadıqovun rəhbərliyi altında ilk məşqimizə çıxdıq. Hazırda seçim mərhələsi gedir və yeni gələnlər futbolçularla bağlı qərarı baş məşqçi verəcək. Düşünürəm ki, üzümüzə gələn mövsüm “Turan” çox iddialı olacaq”.
PSV-dən yeni rekord
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində