“Qəbələ” üç transfer reallaşdırdı

XƏBƏR 20 İyul 2009 / 11:15 2084
-  A +

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” 3 transfer reallaşdırıb. Qol.Az-ın məlumatına görə, əyalət təmsilçisinin heyətinə qatdığı futbolçulardan biri Revan Qetsadzedir. “Qəbələ”ylə 1 illik müqavilə imzalayan gürcü futbolçu ötən mövsüm ölkəmizdə, “Olimpik-Şüvəlan”ın heyətində çıxış edib.
“Qəbələ”nin transfer etdiyi digər əcnəbi futbolçulardan biri ukraynalıdır. Ampulaca hücumçu olan İqor Melnik yaxşı fiziki göstəriciləri ilə seçilir. Onun boyu 190 sm-dir. 26 yaşlı Melnikin sonuncu klubu “İliçevits” olub.
“Qəbələ”nin üçüncü transfer etdiyi futbolçu isə argenatinalıdır. Kristian Torres pleymeykerdir. 24 yaşlı Torresin sonuncu klubu Litavnın “Yurmala” kollektivi olub.    

 


Qarabağ FK
Son xəbərlər
topaz banner