"Simurq"un hazırlıq planı məlum oldu

XƏBƏR 17 İyul 2009 / 17:29 2003
-  A +

Simurq"un baş məşqçisi Roman Pokora komandanın XVIII Azərbaycan çempionatına hazırlığının sonuncu mərhələsinin planlarını təqdim edib. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İyulun 18-də Tbilisidə bir araya gələcək kollektiv ayın 24-ə qədər orada məskunlaşacaq və iki yoxlama görüşü keçirəcək. Rəqiblər "Sioni" və "Mqlebi" (Zuqdidi) olacaq. İyulun 24-də Batumiyə yollanacaq "Simurq" vətənə avqustun 3-də dönəcək. Qara dənizin sahillərində daha 2 sparrinq matç baş tutacaq. Rəqiblərdən birinin Kutaisi "Torpedo"su olacağı dəqiqləşib. Daha bir yoxlama görüşündə isə "Simurq" Türkiyə klubu ilə qarşılaşacaq. Avqustun 5-dən Zaqatalada hazırlığı davam etdirəcək "sarı-qaralar" ayın 8-də daha bir yoldaşlıq oyunu keçirəcəklər.

Daha çox


Son xəbərlər