"Qarabağ"ın oyununu heç bir telekanalımızın göstərməməsinə çox üzüldük. Bundan dolayı matçdan öncə "Qarabağ bizimdi?" sərlövhəli yazımda bir sıra ritorik suallar vermişdim. Bunlardan birini "Qarabağ"ın Avropada iştirakı bizə bəsdi, bundan böyük təbliğat ola bilməz" deyən, amma Tronheymdəki matçın yayınlanmasına gələndə 10 min avroya görə milyonlarla azərbaycanlını həsrətdə qoyanlara ünvanlamışdım. Həmin sual "Qarabağ bizimdi?" idi.
"Qarabağ" dünənki oyunu ilə bir çox vacib suallara aydınlıq gətirdi. İlk növbədə "azərbaycanlılar futbol oynaya bilmir" deyib klubları və millini səviyyəsiz legionerlərlə dolduranların cavabını verdilər. Onlar inanmasa da, bir daha vurğulayaq ki, "Qarabağ"ın heyətində cəmi 1 legioner vardı. "Qarabağ"ın baş məşqçisi də azərbaycanlı idi! Bəli, "Qarabağ"ın futbolçuları Avropanın tanınan klublarından birinə qarşı KİŞİ KİMİ, ERKƏK KİMİ mücadilə etdi! Bu futbolçuları, bu futbolçuların mənsub olduğu milləti aşağılayanların və bundan sonra aşağılamaq istəyənlərin adları ERKƏK FUTBOLUNDA deyil, ən yaxşı halda EŞŞƏK FUTBOLUNDA çəkiləcək! Amma "Qarabağ"ın milyonlarla azərbaycanlıya bəxş etdiyi sevincdən dolayı bu gün sadəcə, onlardan - ERKƏK FUTBOLÇULARDAN danışacam. Əvvəlcə bir daha onların adını qeyd edim: FƏRHAD VƏLİYEV, RƏŞAD SADIQOV, ASLAN KƏRİMOV, ELNUR ALLAHVERDİYEV, MAKSİM MEDVEDEV, ADMİR TELİ, ELVİN MƏMMƏDOV, EMİN İMAMƏLİYEV, RƏŞAD SADİQOV, VAQİF CAVADOV, VÜQAR NADİROV, NAMİQ YUSİFOV, ZAUR HƏŞİMOV və təbii ki, QURBAN QURBANOV!
Bu isimlər 20 ildi üzü gülməyən qaçqınlarımıza kiçicik də olsa, bir sevinc bəxş etdi. Və ən azı buna görə onlara gurultulu bir "ÇOX SAĞ OL" düşür. Futbolçu kimi adını unutmayacağımız Qurban Qurbanov məşqçi kimi də adının əbədiləşməsi yolunda böyük bir addım atdı.
Tanrı dualarımızı eşitdi. "Qarabağ" komandasının rəhbərlərindən tutmuş futbolçularına qədər əksəriyyəti Allahı sevən insanlardı. Onların tək qorxusu da uca Allahdandı. "Qarabağ" "Rusenborq"dan, rəqibin oyunçularının adından, qiymətlərinin və uğurlarının çoxluğundan da qorxmadı. İnşallah, cavab görüşündə Tronheymdə başlanılan işin sonu gələcək və Ağdamın işğalı günündə "Qarabağ" gözüyaşlı ağdamlılara kiçik də olsa, təsəlli verəcək. Amma "Qarabağ" "Rusenborq"u keçməsə belə, bu faciə olmayacaq! Çünki "Qarabağ" bizimdi! "Qarabağ" onun biabırçı məğlubiyyətindən və 10 min avrodan qorxub televiziyada oyununu verməkdən qaçanların yox, ona inananlarındı! Biz "Qarabağ"a inandıq, futbolçularımız qabiliyyətlərini ortaya qoyduğu zaman "Rusenborq"un məğlubedilməz rəqib olmadığını dönə-dönə vurğuladıq. Amma bir çox həmkarlarım "Qarabağ"a heç inanmadı, qələmlərini itiləyib, növbəti məğlubiyyətdən sonra "qaçqın komanda"nı top-tüfəngə tutmağa hazırlaşmışdılar. "Qarabağ"a "Rusenborq"dan qorxun" mesajını verənlər də vardı. Qorxan gözə çöp düşər!
İki il öncə yüzlərlə Ağdam qaçqını sinələrində "Stop Armenian Agression" yazılan köynəklərlə və Ermənistan bayrağını yandırmaqda erməni terroruna üsyan etmişdi. Təəssüf ki, onda futbolçularımız səfərdə heç-heçə etsə də, evdə "Zimbru"ya uduzdu. Bu dəfə inşallah başqa cür olacaq! "Qarabağ" mütləq qol vuracaq! Və şəxsən mən qol vuran həmin futbolçunun alt köynəyində "erməni təcavüzünə son, biz evimizə qayıtmaq istəyirik" tipli yazılar görmək istəyirəm. Gələn həftə futbolumuz üçün tarixi bir həftə olacaq inşallah! Həm "Bakı"ya, həm də "Qarabağ"a dua edəcəyik və Allahın köməyi ilə hər iki klubumuz turu keçəcək!
ANAR ŞABANOĞLU,
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək