Saat təxminən birə işləyir. “Rusenborq” - “Qarabağ” oyunu təzəcə başa çatıb. “Qarabağ” haqda yazmaq istəyirəm. Amma nədən və necə başlayacağımı bilmirəm. Sevincimi ifadə etmək üçün söz tapmaq bu dəqiqə mənim üçün müşkülə çevrilib. Bu dəqiqələrdə hamımız sevinirik. Çünki “Qarabağ” hətta ən optimist azarkeşin belə inanmadığını etdi - “Rusenborq” kimi “əjdaha”nın qarşısında aciz qalmadı.
Ümumiyyətlə, hesab edirəm ki, son 3 günü Azərbaycan futbolunun aktivinə yazmaq olar. İstər “Bakı”, istərsə də “Qarabağ” azarkeşləri sevindirdi. “Ekranas”la oyundan qabaq “Bakı”nın prezidenti Hafiz Məmmədov çox gözəl fikir bildirmişdi. Hafiz bəy üzünü futbolçularına tutaraq demişdi: “Sizin futbolumuza azarkeşlər qazandırmaq şansınız yaranıb. İnsanların sevimlisinə çevrilin, buna ehtiyac var. Mən təyyarədə olanda bu barədə düşünürdüm: yəni biz bu gün xalqımıza hədiyyə edə bilməyəcəyik?” Həqiqətən də oyundan qabaq vəziyyət gərgin idi. Baş məşqçi, klub rəhbərliyi, oyunçular nə qədər inamlı olsalar da, hamımız çox gözəl başa düşürdük ki, digər klublar kimi “Bakı”nın da Avropadakı uğursuzluğu Azərbaycan futboluna böyük zərbə vura bilərdi. Uğursuzluq halında Azərbaycan futbolu olan-qalan azarkeşini də itirmək təhlükəsi ilə üzləşmişdi. İstər millinin, istərsə də mübarizəyə erkən başlayan klublarımızın Avroliqadakı uğursuzluğu Azərbaycan azarkeşinin səbr kasasını daşırmışdı. Növbəti uğursuzluğun nə ilə nəticələnəcəyini düşünəndə...
Amma “Bakı” sağ olsun ki, Azərbaycan futbolunun imicini xilas etdi. Azarkeşlərimizə yenidən ümid verdi. Hamımızın könlündə yenidən işıq yandırdı. Az da olsa gələcəyə nikbin baxmağa əsas verdi. “Hamı “Bakı” üçün, “Bakı” Azərbaycan futbolu üçün” - çox gözəl şüardır. Amma Panevejisə gedərkən, həmkarım və yaxın dostum Sənan Şəfizadə ilə birgə “Bakı” üçün başqa bir şüar fikirləşmişdik. Xatırlayırsınızsa, PFL jurnalistləri Quzanlıya apararkən, avtobusda maraqlı bir şüar yer alımışdı - “Bu gün Quzanlıya, sabah Ağdama”. Biz isə “Bakı” üçün onun başqa bir variantını seçmişdik - “Bu gün Panevejisə, sabah Çempionlar Liqasının qrup mərhələsinə”. Bəlkə də kimsə bizi xəyalpərəst adlandıracaq. Amma inanmaq və dayanmadan işləmək lazımdır. Panevejisdə olarkən “Bakı”nın prezidenti Hafiz Məmmədov, Zeynal Məmmədov, Nail Əliyev, Yaşar Seyidov, Coko Haciyevski inamlı idilər. Söhbət burda arxayınçılıqdan deyil, özünəinamdan gedir...
İndi də eyni qəhrəmanlığı “Qarabağ” təkrarladı. Ağdam klubu əsl sensasiyaya imza atdı. Bununla da komandanın uğuruna kölgə salanlar yəqin ki, bundan sonra susacaqlar. “Kuboku “Qarabağ”a Ramin Musayev verdi” deyənlər görəsən, indi nə düşünürlər? Avroliqada da Ramin Musayev var idi? Yoxsa Musayev Dimitar Metskarovskiyə tapşırıq vermişdi ki, “Qarabağ”a kömək etsin?
Yazının əvvəlində də qeyd etdim ki, son 3 gün Azərbaycan futbolu üçün uğurlu alındı. İnşallah, növbəti həftə Azərbaycan futbolu üçün daha da uğurlu alınacaq. Həm “Bakı” “Ekranas”ı məğlub edəcək, həm də “Qarabağ” “Rusenborq” “sədd”ini aşacaq. Özü də “Qarabağ”ın oyunu tarixi bir günə təsadüf edir. 16 il əvvəl baş verən hadisə tariximizə qara hərflərlə düşüb. Amma inanırıq ki, 16 il sonra “Qarabağ”ın “Rusenborq” kimi komandanı Bakıda diz çökdürməsi Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə düşəcək.
İbrahim CƏFƏROV
[email protected]
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya