Qurban Qurbanov: “Hələ heç nə həll olunmayıb”

XƏBƏR 17 İyul 2009 / 12:14 1762
-  A +

“Biz hələ yolun yarısını keçmişik. Bakıda bizi çox çətin oyun gözləyir. Ona görə də hələ heç nə həll olunmayıb”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Rusenborq”la oyunsonrası keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis bildirib ki, komandası əzmkarlıq sayəsində uğurlu nəticə əldə edib: “Futbolçulara göstərdikləri əzmkar oyuna görə minnətdaram. Düzdür, səhvlərimiz də oldu. Amma nəzərə alın ki, bəzi futbolçularımız komandada yenidirlər. Müdafiədə yaxşı, mütəşəkkil oynayaraq, İversen, Priça kimi hücumçuların qarşısını almağı bacardıq”.


Son xəbərlər