"Rusenborq"un baş məşqçisi: "İlk növbədə mərkəzdə nəzarəti ələ almalıyıq"

"Rusenborq"un baş məşqçisi: "İlk növbədə mərkəzdə nəzarəti ələ almalıyıq"
XƏBƏR 15 İyul 2009 / 15:20 2035
-  A +

“Oyunun hazırlığını öz qaydasında davam etdiririk. Düşərgədə əhval-ruhiyyə də əladır. Rəqib haqqında ətraflı məlumat toplamağa çalışmışıq. Bundan əvvəlki açıqlamalarımda dediyim kimi, bunun nə dərəcədə yetərli olacağını sabah görəcəyik. Amma onu dəqiq deyə bilirəm ki, Farer adaları təmsliçisindən fərqli olaraq, “Qarabağ”la oyunlarımız daha çətin olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Rusenborq”un baş məşqçisi Erik Hamren klubun rəsmi internet saytına verdiyi son açıqlamasında deyib.  Hamren Ağdam klubuna qarşı necə oynamaq lazım olduğunu da diqqətə çatdırıb: “Rəqib gənc komanda olduğundan yəqin ki, sürətli əks-hücumlara daha çox üstünlük verəcək. Odur ki, bizdən tələb olunan ilk növbədə mərkəzdəki nəzarəti ələ almaqdır. Bunu bacarsaq, “Qarabağ”ın yarımmüdafiə xəttini işsiz qoyacağıq. Bu zaman isə cinahlar da avtomotik olaraq oyundan düşmüş olacaq”

Daha çox


Son xəbərlər