“Standard” argentinalı qapıçı gətirir

“Standard” argentinalı qapıçı gətirir
XƏBƏR 15 İyul 2009 / 12:24 1947
-  A +

Valdas İvanauskasın rəhbərliyi altında hazırlığını davam etdirən Sumqayıtın “Standard” klubu heyətini kompekltləşdirməyi də yaddan çıxarmır. Qol.Az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə komandanın düşərgəsinə yeni qapıçı gələcək. Onun Argentinadan olacağı gözlənilir.  Bu arada sumqayıtlıların iyulun 21-22-də Bolqarıstana təlim-məşq toplanışına yollanacağı da dəqiqləşib. Səfərə yollanmamışdan öncə “Standard”ın Mehdi Hüseynzadə adına stadionda bir yoxlama görüşü keçirəcəyin də istisna olunmur.

 

Daha çox


Son xəbərlər