Oxucular "Ekranas" - "Bakı" matçı ilə bağlı fikirlərini yazır (iyirmi altı oxucu fikri)

XƏBƏR 16 İyul 2009 / 10:40 4952
-  A +

Hörmətli oxucular. "Ekranas" - "Bakı" matçı ilə bağlı fikirlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. Göndərdiyiniz fikirlər bu səhifədə yer alacaqdır.

Mirzə Həsənov: Şəxsən mən "Bakı"nın oyununu bəyəndim. Rahat, təmkinli.Sanki hansısa Avropa komandası oynayırdı. Adam fikirləşir ki, niyə bu komanda Çempionlar Liqasının qrup mərhələsinə düşməsin?

Feliks- Bu oyunçunu kim tapıb gətirirsə o kişiyə bu hərəkətinə görə minnətdarlıq düşür. Mükəmməl oyunçudur. Söz tapa bilmirəm yazam.

Bəxtiyar Soltanov- Hiss olunur ki, "Anderlext"də keçirilən təcrübənin böyük təsiri olub. Bəxtiyar gözəl oynadır..

Bu iki oyunçunu xüsusilə fərqləndirmək istədim. İnşallah növbəti tura keçən tərəf məhz biz olacağıq.

Eldar Allahverdiyev: "Bakı" həqiqətən çox güclüdür. Evdə rahat 3 top vuracaq.

Tural Ağayev: Duzu Men Hecvaxt Bizim Klublari teriflememisem hemise pislemisem pis oynuyani pisliyerlerde..Ekranas Baki Oyununa Geldikde Deyimki Real Danissaq Oyun 90 deqiqe bakinin nezaretinde oldu amma onuda deyimki cox real qol veziyeti yarada bilmedi ekranasdan ferqli olaraq ..Bakida Arxayinciliq var idi mence haciyevski bunun ustunde islemelidir birde suretli oynamalidirlar Adamiya,Ramim Ise Hec Qiymetleri 0..Yaxsiki Muciri Oyuna Girdi... Novbeti merheleye Mence Baki kece Biler Amma Arxayinlasmamlidilar Real baxsaq bakinin sanslari coxdur

Shadow of Soul: Ilk  evvel salamlar size.Chox sebirsizlikle gozduyurdum bu oyunu.Chunki men bakiya  guvenirdim.Bunu baki serfeli netice qazandi diye dimirem.Oyun hakda yazmaq istiyirem.1ci hisse  yaxshi.Topu chox yaxshi ozumuzde saxliyirdiq.Feliksi chox beyendim.Dayaqda oyniyan solich ise  chox xoshuma geldi.Umumiyyetle  herden ele tesevvur yaranirdi ki,yeni dogurdan bu bizim  komandadir? 2ci hissede  menasiz top.Kimin ustunde.Yene o Ramim.amma etiraf etmeliyem ki,orda  xettin ustunde bash vermishdi qayda pozuntusu.Oyun davam etdikce  ureyim de yene fikirleshirdim ki,yenemi?axi niye?Baki buna layiq deyil.Soram muciri oyunda.Ha yeri gelmishken.Yeqin bizim millinin uzvleri izliyecekler oyunu.ve ya izliyibler.Sadece bir soz dimey istiyirem onlara.BExtiyara baxsinlar ve  gozlerine su alsinlar ki,axira kimi oynamaq ne dimeydi.Halal olsun o ushaga.Mucirinin gozel pasi ve bextiyardan qapi agzina  bir toxunushluq oturme.Sag ol Feliks.Hiss olunurdu ki,bu komandada taktika deyilen bir shey var.2ci qol lap yerine dushdu.amma heyf ki,yene mudafiede  sehv ve hech neden qol.Men bu oyunda  zeif kimi adamya,ramimi gordum.Qalanlari ise   ela.  Inshallah  Ekranasi bu Bakidan  biabir edib buraxaciyiq.Burdan butun azerkeshleri oyuna sesleyirem.Gelin  chempionumuza destek olaq. Haydi Baki.Biz seninleyik.Sevindir bizi.

Elvin Qafarov: Salam butun xalqimizi tebrik edirem. Halal olsun Bakinin futbolcularina onlar xalqimizi dunen gece cox sevindirdi. Onlarin sag elleri digər komandalrimizin basina.Ugurlar Baki.

Qabil Quliyev: Axır ki,gözlədiyimiz layiqli oyunu Baki klubu gostərdi. Həqiqətənde oyuna baxanda bu klubda səviyyəli oyunçuların və nəhayət səviyyəli məşqçinin olduğu açıq aşkar görsənir. Feliksə isə söz ola bilməz! Bir sevimli məqam da Hacıyevskinin start heyətində Sultanovu buraxması idi ki, bunu da gənc oyunçu layiqli dəyərləndirdi. Bir sözlə bu oyunun daha gözəlini Bakıda gözləyirik!

Anar Qasımov: Salam Qol .az ve hormetli azerkeslerimiz. Men ozum oyunu Azerbaicandan kenar izleyirdim Aztv vasitesi ile,evvala allah AZTV rehberliyine uzun omur versin ki Azerbaicandan kenar vetandaslarimizi da unutmur , isterdim Garabagin seferdeki oyunu da AZTV vasitesile CANLI yayimlansin. O ki galdi , BAkinin oyununa vallah ahsen size . Ekranas oyunda kobud, vicdansiz 1 komdanda kimi yadda galdi. Hele 1 epizod yadimdan cixmadi BExtiyar Sultanov sag cindahdan gapiya dogru girmek istedikde a4ig ashkar kobudluga meruz galdi,,,,,,,ve kadrda hemin an gore bilerik ki bizim oyuncunu yixan Ekranasin oyun4usuna diger ekraanas oyun4usu hereketle,jestle " GEREK DIRSEKLE VUARARDIN BASI DAGILARDI" bele 1 el hereketi ile yoldasina hirsli,gerezli meslehet gorurdu. BAkinin yeni transeferi 9 nomreli oyun4uya BRAVO, gozel transferdi ........BEXTIYAR Sultanovu ayrica geyd ede bilerem ki bu gardash oyunda en urekle,canla bashla oyunuyan oyuncu idi .......Butun komdanda gozle oynadi, amma unutmayag ki mudafiemizde boshluglar hedden artig coxdur . Ugurlar BAKI ve GARABAG.

Ehtiram Əzimov (Qəbələ): "Bakı"dan nə isə gözləmək olar və gözləməyə dəyər. Nəyə də görə "Bakı" qrup mərhələsində oynamasın! Texnikalı, gözəl oyunçuları var. Feliksi tapıb getirənə də təşəkkürlər bildirmək lazımdır. Nəhayət ki, əmsallar cədvəlində bu ik üçün ilk xalımızı topladıq!

Emin Hafizoğlu: Evvela bize , yeni Azerbaycan futbol ictimaiyyetine maraqli oyun gosterdiklerine gore Coko Hacievskinin yetirmelerine teshekkurler edirem! 2^2 hec de bizim ucun pis netice deyil. Sadece arxayinlashmamali, ev oyununda EKRANASi darmadagin etmeliyik! Inshallah bu bele de olacaq!

Cavid Əsgərov: Salam Qol.az cox sadam bele bir imkan yaratmisiz bizelere. Ureyimiz doludu. "Bakiya" nece deyerler sozumuz yoxdu. Halaldi, hec olmasa o bizi bu il neye umid etmeye mecbur edir. "Neftchi"nin yeri cox gorsenir, o usaqlar esl Avroliqa usaqlari idiler. Amma gelin optimist olaq. NEce deyerler O olmasin, bu olsun. "Bakida" oz klubumuzdu. Insallah bu "ac" azerkesleri kimse doyurmalidi ya yox? Baki 3-0 Ekaranas. Bu menim proqnozumdu. Eger hec bir sensasiya olmasa oyun bele basa catacaq. Amin!

Elnar İsmayılov: salam qol.az-MEN dunen bakinin oyununu beyendim.BAKI bir sifir geridi oldugu vaxtda 2 qol vurdu.SON deqiqedeki qol ise bakini futbolcularinin rahatligi sebebinden bas verdi.AMMA uzulmeye deymez.EGER baki hemin oyunu burdada gosterse onda her sey yaxsi olacaq.HACIYEVSKI vaxtinda ramimmi ve adamyani cixartsaydi belkede netice basqa cur olardi.ADAMYA OZUNE BENZEMIRDI.BAKIYA QARABAGA UGURLAR.SAGOLUN.NEFTCI YEK.

Rövşən Abbasov: Bakının oyunu çox xoşuma gəldi.Adamiyanın 1-ci hissədəki reydlərini xüsusi qeyd etmək lazımdır.Zərbələri dəqiq olmasada,reydləri yaxşı alınırdı.Fabio Luis Ramimin oyunu xoşuma gəlmədi heç.Bilmirəm niyə elə oynadı.Yəqin ki,oyunu alınmadı.Ama məncə start heyətində gərək Muciri də yer almalıydı.Gənc Bəxtiyar Solatovunda xeyli gücləndiyi hiss olunurdu. Ən əsas qeyd olunası futbolçu isə təbii ki,FELİKS idi.O həqiqətəndə çox  güclü futbolçduur.Fiziki cəhətdən çox yaxşı hazırlıqlıdır.Həmdə boyu və canı ona asanlıqla futbolçuları aldatmağa imkan verir.Bu futbolçunu tapan menecere halal olsun.Dünən onun oyununa baxdım,Feliks belə davam etsə,məncə Azərbaycana indiyə qədər çıxış etmiş. ən yaxşı legioner ola bilər.Braziliyanın Bakıdada qol vuracağına inanıram.Ümumiyyətlə komanda yaxşı oyun göstərdi.Boretsdə 1-ci hissədə öz cinahında çox təhlükəli idi."Bakı"ya Bakıdakı oyunda da uğurlar arzulayıram.Məncə oyun 2:1 "Bakı"nın qələbəsi başa çatatacaq.

Gülnar Əliyeva: Bu il avrokuboklarda cixis eden azarbaycan klublarindan en cox umid etdiyim komanda Baki idir. Neye gore idir. Cunki dunenki oyun biabirciliq, buna basqa ad vermek olmaz. Ekranas umumiyyetle futbol oynaya bilmir. Pusk bizim uzumuze guldu, bundan da zeif komanda liqada olar? Ve biz bu gun onlara qalib gele bilmirikse ondansa futbol oynamayaq. Bakidaki oyuna cox umid edirem, azi 3 cavabsiz top vurmaliyiq bu komandaya. Bu turu adlaya bilmesek men artiq azarbaycan klublarina baxmayacam. Besdir artiq bizi biabir etdiz.

Ramil İsayev: Salam, çox hörmətli Qol.az saytı və bu saytın oxucuları. Dünənki oyun barədə mən də öz fikirlərimi bildirmək istərdim. Bakı komandası çox yaxşı təəssurat oyatdı məndə. Kollektiv oyunun cizgiləri sezilir, taktiki planda hər şey qaydasında idi, fiziki baxımdan da əziyyət çəkmirdik. Atama da deyəndəki “göy-ağ” formada oynayanlar bizimkilərdi, dedi gecə vaxtı mənimlə zarafat eləmə, xarici komandadı oynayan) Bircə problem futbolçularımızın ötürmələrdə səhvləri və düzgün mövqe tuta bilməmələrində idi ki, bu da yəqin bəzi oyunçuların komandaya tam uyğunlaşmamasından irəli gəlirdi. Dörd yeni futbolçu ilə oyuna çıxmaq zarafat gəlməsin sizə. Bu oyunçuların getdikcə komandaya uyğunlaşması nəticəsində daha güclü Bakı görəcəyimizə əminəm. Yeni legionerlərdən Feliks çox xoşuma gəldi. Arxası rəqib qapıya durduğu epizodlarda topu qəbul etməsi, rəqib oyunçulardan “korpusu” sayəsində uzaqlaşması onun gücündən xəbər verirdi. Bəzi məqamlarda Ekranas komandasının futbolçuları onu saxlaya bilmədiklərindən qaydanı kobud şəkildə pozsalar da, hakim nədənsə əlini cibinə salmırdı. Çox humanist hakimdi bu Saşa Kever. Amma təəssüf ki, bu humanistliyi təkcə litvalı futbolçular hiss elədilər... Penalti verdiyi epizodda Barbosa da ondan humanistlik gözləyirdi, ama axırı nə oldu? Sarı kart, penalti, qol.. Oyundan sonra Bakı komandasının rəhbərlərindən hakim barədə UEFA-ya etiraz məktubunun yazılmasını gözləsəm də, bunu edən olmadı..Gərək belə məqamlərda onlardan şikayət edəsən ki, gələcəkdə bizim başımıza belə oyunlar gətirməsinlər. Soliç də gözəl oynadı. Çox sürətli və texnikalı futbolçudu. Batesin də “qabında” nəsə var. Barbosa isə çox səhv etdi. Bunun səbəblərini yəqin ki Hacıyevski ondan soruşacaq. Fabio Luis Ramim heçnə ilə yadda qalmadı. Daha doğrusu qaldı, o da səhv ötürmələri, ləngliyi və passivliyi ilə. Bu futbolçu “artırmaq” əvəzinə “dala”  gedir. Adamiya da həmçinin. Meydanda gəzişirdi sanki. Gəl ki bu futbolçuların gözəl vaxtları var idi..İndi adam qorxur ki, Allah eləməmiş, Feliks də bunların “gününə” düşər. Belə götürəndə, səfərdə qazanılan heç-heçə(2:2) əla nəticədi. Burda 0:0, 1:1 hesabı da bizə sərf eləyir. Amma inanmıram ki, burda heç-heçəyə oynasın Bakı. Hacıyevski amili var, dostlar. Bu çalışdırıcı haqda çox danışmaq olar. İnşallah, Bakının böyük hesablı qaələbəsindən sonra onun haqda da danışarıq.

Çingiz İbrahimov: FELIX, Azerbaycanda bugune kimi gorduyum en seviyyeli hucumcudur. biz bu komandaya seferde cox rahat 5 qol vura bilerdik. Eger bizimkiler Bakida ozunlerinden razi olmasalar, onlari burada darmadagin edeceyik. InshAllah !!!

Fərid Məmmədzadə: Bakını ilk oyuna gore tebrik etmek olar, ama nezere almaq lazimdır ki, cavab oyunu da var ve heç cür rahatlaşmaq olmaz. oyun haqda uzun-uzadi danishmaq istemirem. sadece komandada xoshagelen ve xoshagelmeyen xüsusiyyətləri qeyd etmeyi vacib bilirem. birincisi Bakı layiq olduğu qələbəni əldən qaçırdı. komandanın müdafie xətti xoş tesir yaratmadi. ola bilsin bu yeniliklerle baglidi. ama adeten merkezde gormeye alışdığımız Savinovun cinaqda oynamasi, yarimmudafiechi Boretsin mudafiede oynadilmasi ve merkezin birden-bire iki yeni oyunchuya hevale edilmesi. komandanin mudafie xettinde boshluqlarin olmasina ve neticede iki sehvden iki top buraxmagimiza sebeb oldu. deyim ki, barbosa xoşuma gelmedi, mence R.Əmirbəyov ondan daha etibarlıdır. mehz iki topun vurulmasinda Barbosanın kobud sehvleri olsu. slovak futbolchunu ise beyendim. ama elbette komandada xoshagelen xususiyyetler de var. ilk önce Haciyevskinin seferde hücüm taktikasını seçməsi teqdirə layiqdir. ama komanda nedense bunun evezinde yetərincə qol epizodu yarada bilmedi. bu menfi haldi. bir de komanda da suret hele istenilen seviyyede deyil, ama elbette, Feliks, Muciri, Sultanov en xoş sözlere layiqdi. Xüsusile Sulatanovun çıxışı meni sevindirdi, Start heyyetinde yegane yerli futbolçu olan Bextiyar, buna layiq olduğunu gösterdi. ama Bextiyara bir qardaş kimi demek isterdim ki, esla eyforiyaya qapılmasın öz üzerinde daha da işləsin, helə öyrenmeli olduğu cox şey var. 1ci hissede esasen kolgede qalsa da 2ci hissenin en feali idi. İsterdim ki, Sultanov tezlikle Avropa klublarına getsin gec olmamiş, yoxsa o da bir az sonra sönməyə başlayacaq. Felikse geldik de, bu oyunçuya 1 oyuna göre qiymet vermeye telesmeyek, yaddan çıxarmayaq ki, Azerbaycana yeni gələn legionerler bir az sonra bizimkilere benzemeye başlayir, ele Ramim kimi, fabio deyesen millide oynuya-oynuya bizimkilerin gününe düşüb. yeni xorvat oyuncu ise cox tez-tez sehv edirdi. ama seviyyeli oyuncuya benzeyir.neise. rahatlaşmaq olmaz. inter de seferde serfeli netice göstermişdi, ama nooldu?.. odur ki, diqqetli olmaq lazimdi. Bakida sakit ve temkinli oynamaliq, dushunmeden hucuma atilmamaliyiq. reqibin eks-hucumlarda tehlukeli oldugunu gorduk. reqibe qol lazimdi, onlar hucum etmeye mecbur olacaqlar, bu zaman reqibin leng , agır mudafiəsini Adamiya , Sultanov, batista kimi suretli futbolchularla yarmaq olar. bele olarsa rahatliqla qlebe qazanariq. İnşallah. UĞURLAR!!!

Həsən Nuriyev: Evvela butin hemvetenlerime Salam! "Baki" haqqinda demek isteyirem ki, evdeki oyundan qorxuram birde noutbukuma yazigim gelir. Cunki hemishe oldugu kimi arxayinciliq ve reqibin maksimum toplanmagi sayesinde 2-1 hesaba ile uduzacagiq. Ve men de noutbuku goturub duz heyete tolazlayacagam.  Amma umud edirim ki,  "Baki" Ramim ve Adamiya kimi oynamayacaq. "Baki' Futbolcularinin ve Haciyevskinin nezerine - "Arxaya pas oturmeyin"  -eger Bakida qelebe calmaq isreyirsizse. Qollar arxaya pasdan ve qapi agzinda leng oyudan sonra gelecek . Birde xsusi olaraq yarimmudafiye va mudafiyecilere - "Reqibe vurulan her qoldan sonra en azi 5-10 deq Maksimum diqqetli  olmalisiniz ki HUCUMCULAR ozlerine gele bilsinler.

İlqar Hövsan: SALAM QOL.AZ VE SALAM MILLET.MEN BAKININ OYUNUNDAN COX RAZI QALDIM ,YAXSI OYNADILAR.AMMA ARXAYINLASMAQ OLMAZ.EKRANAS SONUB BUNDAN ISTIFADE ETMEK LAZIMDIR.FELIKS,B.SOLTANOV VE BATISTA COX YAXSI OYUN GOSTERDILER.ONLARA HALALDI.MEN BAKIDAKI OYUNDAN COX SEY GOZLEYIREM VE HAMINI STADIONA,BAKIYA DESTEK OLMAGA CAGIRIRAM.

Məhəmmədəli Həzili: Salam Qol.az heveskarlari. Dunen dogrudan da , Baki serfeli netice gazandi , lakin men Bakinin oyununda 2 sehvi geyd ederdim 1) Baki – arxaya choxlu oturmeler edir , bunun da neticesinde 1-ci qol kimi gollar  vurulur, ikincisi ise Bakida , orta xettde dayag  yarimmudaficheleri chox zeif oyun gosterdiler , regibin mudafiden hucuma tez kecmesinin garshisini ala bilmirdiler, bununla bele Feliksin oyunu chox gozel alindi , bu futbolchu tekbashina Ekranasa chox bashagrisi verdi, Baxtiyar Soltanovun oyunu da yaxshi alindi, ancag o hele oz uzerinde chox ishlemelidir, eger oz uzerinde chalishsa bu futbolchu chox yaxshi hucumchu kimi yetishe biler. Adamiya ve Mucuri-de chox ela oynadilar, xususile Adamiya-nin sol cinahdaki reydleri yaxshi alinirdi, Bakidaki oyunda komandamiz mutleg erken gol vurmali ve sonra mudafieni guclendirib eks hucumlara tez-tez chixmagla hesab arasindaki fergi artirmalidir…Men cavab oyununda da Bakidan chox shey gozleyirem ve inaniram ki , biz hamimiz gelib komandamiza azarkeshlik edecek ve sonda Baki bu oyundan galib ayrilacag, en azi  litvali futbolchularin bizim Sissoko- ya etdikleri hereketlerin cavabini vermek lazimdir!

Mahir Həsənov: Salam.Her kesi salamlayiram.Mence Baki cox gozel neticeyle vetene donur.Insallah butun futbol azarkesleri hami birnefer olub stadiona gelecek ve Bakini destekleyecek.Cox boyuk inamim var ki,Baki boyukhesabli qelebe qazaancaq insallah.Men bu uqurda ilk novbnede Hacievskinin emeyini qeyd etmek isteyirem.Mence yeni legionerlerin seciminde de cox duzgun secim aparib.Bir daha her kesi stadiona devet edirem ve insallah hem Baki hem de Qarabaq digerlerinin bacarmadiqlarini bacararlar.

EL JKK: Salam Qol.az. Əvvəlcə her kesi dünenki oyun münasibeti ilə təbrik edirəm.Bakı dünən həqiqətən çox gözəl oynadı.Qələbə qazanmağa çox yaxın idi.Ama son dəqiqədə müdafiəcilər səhvi buna imkan vermədi.Əgər Hacievski oyuna Ramim ve Adamianin yerine Mucuri ve Batistani buraxsaydı belke de qelebe qazanacağdıq.Ama bu nəticə səfər üçün heç d\ pis deyil.Sadəcə olaraq arxayınlaşmamaq lazımdı.Çünki bizimkilərdə elə bir xasiyyət varki arxayınlaşırlar və axırı da çox pis qurtarır.Bakı məncə cavab qarşılaşmasında əks hücumlara bel bağlamalıdır.\Çünki reqib mecburen hücum futbola oynayacaq və bu zaman da müdafiesinde boşluqlar yaranacaq.Bu boşluqlardan istifade etmek lazımdı və ƏSASI  STADİONU TAM AĞZINA QƏDƏR DOLDURMAQ LAZIMDI!Çünki onların bizə ehtiyacı var.Çüki Ekranas heç vaxt 30.000 azarkes önünde oynamayaıb.Öz stadionlarının tutumu 5000di.Onun üçün full stadion amili Ekranaslı futbolçularda böyük təzyiq yaradacaq.Ona göre de her kesi stadiona maçı izləməyə çağırıram.Qoy Neftçinin keçen ilki Jerminal və Vaslui oyunlarındaki kimi stadion tam dolsun.Çünki bu komanda Çempionlar Liqasının qrup mərhələsində oyanaya biləcək gücdədi.Sadəcə azarkeş lazımdı.Mən demək olarki hər gün Ekranaslı azarkeşlerle internetde dalaşıram.Onlar mənə bir mail gönderdiler.Mailde ise Bakının keçirdiyi premyer liqa oyunları zaman oyuna gelen tamaşaçı sayı idi.500,1000,1500 tamaşaçı yazılmışdı orta hesabla.Men de dedimki siz ayın 21-i görəcəksinin tamaşaçə necə olur.Çünki biz avrokuboklar zamanı stadionu doldururq və yenə də doldurub onları biabir eləməliyik.Axı niyə biz onlara qaib gəlməyək? Bizim her şeyimiz onlardan artıqdı.Onların o İRQÇİ azarkeşlerine stadionu dolduraraq cavab vermek lazımdı! Mən özüm Neftçi fanatıyam.Ama her il her bir Azerbaycan klubunun oyununagedib destekleyirem.Çünki bu klublar bizi temsil edir.Azerbaycanı temsil edir.! Onun üçün gəlin hamımız birləşəl.İstər Neftçi,İnter,Qarabağ,Olimpik,Xəzər L.,Bakı bütün fanatları stadiona Az. -nı ,Bakını temsil eden bir kluba destek olmaga çağırıram!!! İNŞALLAH AYIN 21-İ STADİONU DOLDURACAĞIQ.ÜSTƏLİK GİRİŞDƏ PULSUZDU.~!!! HƏR KƏS STADİONA !!!!! HAYDI BAKI !

Eldar Allahverdiyev: Men Genceden Eldar. Felix Heqiqeten cox gozel oyuncudur. Bu da onun nece oyuncu oldugunun subutu.

Zamin Rzayev: Salam.Baki klubunu ve azerkeslerini isin yarisini bacardiqlari ucun tebrik edirem.F.L.Ramimi tekrar oyundada ehtiyyata qalmagi yaxsi olardi.Yeni hucumcu ela oyun gosterdi.Inaniram ki,tekrar oyundada Baki Azerbaycanimiza qelebe bexs edecek

Bext-La: men  bu  oyunda  bakini  hec  taniya  bilmedim.   heyet  cox  pis  idi.  Bas  mesqci demek  olarki  yeni  oyunculari  meydana  buraxmisdi.  o sie  ehtiyatda  oyunun  taleyini  her an  deyisen  bilen    Micuri ve  Perez  var  idi.  Mudaifeden  danismaq  istemirem.  Niye  sasa  yox  idi.  Zeynal  mellim  Barbosaya  cox  guvendiyini desede men  bir  sey gormedim.  Haciyevski  deyisikliyi  gec  eledi.   mudaifemizin  kobud  sehvi  son  deqiqede  qol  buraxmagimiza  getirib  cixardı

Mural: ARTIQ HAMI "BAKI"nin NEYE QADIR OLDUGUNU GORDU.BIZ AZERBAYCANDA HAMIDAN GUCLU OLDUQ INDIDE AVROPADA OZUMUZDEN SOZ ETDIRECYIK.BIZDE FANKLUB OLARAQ HEMISHE KOMANDANIN YANINDA OLACIYIQ.OYUNA GELINCE 2-2 YAXSHI REQEMDI.EGER OYUN 2-1 BIZIM XEYRIMIZE BASHA CATSAYDI CAVAB QARSHILASHMASINDA FUTBOLCULAR MEYDANA ARXAYIN CIXA BILERDI.BUDA BOYUK SEHFLE NETICELENERDI. 21 IYULU GOZLEMEYE DEYER

Rasim Muradov: Tebrik edirem butun "baki"lilari :)
cox gozel ve seviyeli oyun oldu , men inaniramki baki bu oyunu udsa bir nece-de merhele kece biler
cunki uda uda dahada adamin inami boyur , kecen il onu neftchiyle gorduk ..AZTV-ye minatraliqimi dimek isteyiremki o bize azerbaycanda yashamiyam azerbaycanlilayra otunlari canli baxmaqa imkan yaradir  Baki-ya baxanda dimek olar artiq inkshaf gedir .
inaniram ki Baki oz veteninde bu oyundanda haxshi oyun numayish edecek onan elave , milli komanda bizim genc oyunculara goz goymalidir Vagif kimi Bextiyar kimi cox gozel oyunculardi cox xoshuma geldi , ve hemin o Felix , yaxshi oyuncudu bumek olmazki yox ancaq biraz oyreshmelidir bizim iyuncularla oynamaqa ve inshalla vaxt gelecek baki avropada en guclu klublardan olacaq .

 

 


Son xəbərlər