Azərbaycan – Almaniya oyununa biletlərin satış mərkəzləri (FOTOLAR)

XƏBƏR 14 İyul 2009 / 13:32 2291
-  A +

Xəbər verdiyimiz kimi, DÇ-2010-un seçmə mərhələsi çərçivəsində avqustun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri satışa çıxarılıb. Biletlərin bir neçə satış mərkəzi yaradılıb. «Nərgiz» və «Şüvəlan Park» ticarət mərkəzlərində, Bilgəhdəki «Amburan» istirahət mərkəzində, Zuğulbadakı «Gənclik» istirahət mərkəzinin ərazisindəki çimərlikdə və AFFA-nın inzibati binasının ərazisindəki «Fan shop»da biletləri əldə etmək mümkündür.

Mənbə: affa.az










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər