“Standard” ilk sınağını bazar günü verəcək

“Standard” ilk sınağını bazar günü verəcək
XƏBƏR 10 İyul 2009 / 15:34 2067
-  A +

Sumqayıtın “Standard” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Hazırda komandada daha çox komplektləşmə işləri gedir. Bank təmsilçisi rusiyali mütəxəssis Andrey Çernışevin  rəhbərliyi altında ilk sınağını bazar günü verəcək. Qol.Az-ın məlumatına görə,  həmin gün saat 18:00-da “Standard” Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda özünün əvəzedici komandası ilə üz-üzə gələcək. Bu oyun, baş məşqçi üçün bir sıra futbolçuların imkanlarına baxış mənasında da xüsusi əhəmiyyət daşıyacaq.

 


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib