“Qarabağ”da fransız hücumçu

XƏBƏR 9 İyul 2009 / 14:38 2053
-  A +

Bu gün “Qarabağ”ın düşərgəsinə bir legioner qoşulub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Guylain N'Dumbu-Nsungu əslən Konqodan olsa da, Fransa vətəndaşıdır. Karyerası ərzində Fransanın “Amyen”, Şimali İrlandiyanın “Darlinqton” klublarında çıxış edib. 27 yaşlı hücumçunun boyu 186 sm, çəkisi 78 kq-dır. Afrikalı forvard haqqında sabahkı oyundan sonra qərar veriləcək.

Son xəbərlər