“Muğan” “Simurq”un futbolçusunu transfer etdi

“Muğan” “Simurq”un futbolçusunu transfer etdi
XƏBƏR 9 İyul 2009 / 12:08 2651
-  A +

Yeni mövsümün hazırlığını davam etdirən “Muğan” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, Salyan təmsilçisi gənc futbolçu Cavad Mirzəyevi heyətinə qatıb. Mirzəyevlə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, Cavad sön mövsümdə “Simurq”un heyətində bürünc medal qazanıb. Lakin mövsüm başa çatdıqdan sonra Salyan klubu futbolçunu heyətində saxlamamaq qərarına gəlmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner