Ötən ildən etibarən dünya şöhrətli "Adidas"la müqavilə bağlayan "Qəbələ" Peşəkar Futbol Klubu növbəti mövsüm də bu şirkətlə əməkdaşlıq edəcək. Qol.Az-ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, növbəti mövsüm "Qəbələ" PFK-nın bütün komandaları "Adidas" firmasının istehsalı olan idman geyimlərilə təmin olunacaqlar. Öz sahəsində bir nömrəli şirkət olan "Adidas"ın, demək olar ki, bütün növ məhsulları "Qəbələ" üçün sifariş edilib. Əsas komandaya 60 dəst geyim ayrılıb ki, dəstlərin içərisində müasir dövrün futbolçusuna lazım olan hər şey var. Yeni əsası qoyulan "Qəbələ" Uşaq Futbol Akademiyasının üzvləri də mövsümün əvvəlində "Adidas" geyimləri ilə təmin olunacaqlar. Uşaq komandaları üçün 150 dəst geyim gətirilib. Artıq geyimlərin üzərinə "Qəbələ"nin loqosu yerləşdirilib. Uşaqlar üçün nəzərdə tutulan geyimlərdə loqo ilə yanaşı, arxa tərəfdə Qəbələ Futbol Akademiyası sözü də əks olunub. Oyun dəstlərində isə əsas yenilik Azərbaycan bayrağı ilə əlaqədardır. Formaların sol tərəfində üçrəngli bayrağımız yerləşdirilib. Qeyd edək ki, hələ ötən mövsüm "Qəbələ"nin bir dəst formasına bayraq vurulmuşdu. Ənənəvi olaraq bütün geyimlər iki rəngdədir - ağ və qara.
Sonda qeyd edək ki, növbəti mövsüm üçün yalnız aşağı yaş qrupları (12 yaşadək) başqa firmanın - Türkiyənin öndə gedən şirkətlərindən sayılan "Lescon" geyimləri ilə təmin olunublar. Lakin növbəti mövsümdə onların da "Adidas"dan geyinmələri nəzərdə tutulub.
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər