“İsveçdə boş oturmuram. İkinci dövrəyə hazırlıq planının qurulması ilə məşğul olmaqla yanaşı, ölkə çempionatının oyunlarını izləyirəm. Mənə yaxşı tanış olan bu ölkədən “Xəzər-Lənkəran”a yeni futbolçunun gəlişi mümkündür”. Bu fikirləri “Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi İqor Ponomaryov deyib.
Lənkəran təmsilçisinin yeni çalışdırıcısı kimi ötən cümə futbol ictimaiyyətinə təqdim olunan 48 yaşlı mütəxəssis bundan sonra İsveçə yollanıb. Yanvarın 4-də birbaşa Türkiyəyə gəlmək fikrində olan Ponomaryovun klubun düşərgəsinə yeni futbolçu ilə gələcəyi gözlənilir. Uzun illər çalışdığı İsveçdə futbolçu axtarışında olan təcrübəli mütəxəssis bir oyunçuya göz qoyub: “İndidən ad açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, həmin isveçli futbolçu təcrübəlidir, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, İsveçin həm aşağı, həm də yüksək liqasında çıxış edib, komandası ölkə çempionu olub. Digər ölkələrdən legionerlərin gəlişi, habelə vidalaşacağımız futbolçularla bağlı qərarı hələ verməmişik”.
Mənbə: apasport.az
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"