Futbol yaşadığımız dövrdə ən önəmli idman növüdür. Çünki bu gün sosial, siyasi hadisələrin önəmli olduğu dünyada heç bir idman növündə il ərzində 300 milyard dollar dövr etmir. Futbol son illərdə insanların da həyatına ciddi şəkildə təsir etməyə başlayıb. Hər bir klubun uğuru üçün il ərzində milyonlarla dollar xərclənir. Bu rəqəm klubun çıxış etdiyi çempionatdan asılı olaraq, dəyişir. Heç şübhəsiz, həvəskar klubla Super Liqa təmsilçisinin büdcəsi eyni ola bilməz. Təbii ki, klubların iddiaları da fərqlidir.
İki ilə yaxın Azərbaycanda çalışdım. Bu müddət ərzində futbol naminə edilən yenilikləri və çalışmaları yaxından izlədim. Azərbaycan futbolunda təşkilatçılığın sistemsiz və plansız bir şəkildə olması diqqətimi çəkdi.
Məsəlçün Türkiyədə futbolun inkişafının təməli 1990-cı ildə qoyuldu. Sonra milli komandamızın Avropa və dünya çempionatındakı zəfərləri gəldi. Eləcə də klublarımız avrokuboklarda uğur qazandılar. Yəni 1990-cı ildən 2009-cu ilə qədər keçən vaxt ərzində bir çox ciddi dəyişikliklər oldu. Meydançalar düzəldildi, aşağı yaş qrupu üzrə komandalara böyük önəm verildi, teleyayımdan əldə olunan gəlirlər artdı, bir sözlə, futbol inkişaf etməyə başladı. Azərbaycanda da sistemli bir plan qurulmalı və bundan sonra meydançaların, bazaların vəziyyəti yaxşılaşdırılmalı, gəlirlərin artması lazımdır. Klub başçıları da daha peşəkar səviyyədə olmalıdırlar. Komandaların aşağı yaş qruplarına daha çox maliyyə vəsaiti ayrılmalıdır. 2001-ci ildə “Barselona”nın aşağı yaş qrupu üzrə komandalarına 10 milyon dollar xərcləndi. 2009-cu ildə bu rəqəmin nə qədər olduğunu siz düşünün artıq. Məhz belə bir iş görmək üçün daha planlı və sistemli şəkildə çalışmaq lazımdır. Minlərcə futbolçudan ən yaxşılarını seçib, yetişdirmək lazımdır. Ən yaxşılarına təhsil verilməlidir. Və ən əsası komandaya da ən yaxşılarını götürmək lazımdır. Bunun üçün lazım olan bütün şərtləri yerinə yetirmək gərəkdir. Bir daha deyirəm ki, Azərbaycan futbolundakı ən önəmli problem sistemli bir planlamanın olmamasıdır. Futbol inkişaf etdirmək üçün plan tutmaq və o plana uyğun çalışmaq lazımdır. 5-7 ildən sonra isə nəticə haqda düşünmək olar. Bununla bərabər meydançaların və bazaların da imkanları daha yüksək səviyyədə olmalıdır. Uzun sözün qısası, futbolun inkişaf etməsini istəyirsinizsə, uzun bir zaman ərzində yaxşı təşkilatı işlərin görülməsi lazımdır. Milli komandanın da uğurlu çıxış etməsi üçün klublarda yerli oyunçulara daha çox önəm verilməlidir. Aşağı yaş qrupu üzrə komandalarda çalışan məşqçilərin daha da savadlanmasına ehtiyac var.
Növbəti yazımızda problemlərdən konkret çıxış yolları göstəriləcək.
Məhmət AK
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər