Gəncənin Mərkəzi Şəhər stadionu təmir edilir. Qol.Az-ın məlumatına görə, bərpa işlərinə Gəncə Avtomobil Zavodunun təmir briqadası cəlb olunub. Təxminən 50 nəfərdən ibarət olan işçi qrupu 2 həftədən artıqdır ki, arenada çalışır. 3 il baxımsız vəziyyətdə qalan idman qurğusunda köklü dəyişikliklərə ehtiyac var. Bunu Qol.Az-ın müxbiriylə söhbətində “Gəncə”nin prezidenti Elmir Əliyev söylədi. Onun sözlərinə görə, şəhərdə futbolun olmadığı dövrdə stadiona diqqət yetirilməyib. Arenanın tribunaları, ot örtüyü və baza nəzarətsiz qalıb. Nəticədə stadion varlığını itirmək təhlükəsiylə üzləşib. Amma Gəncədə klubun fəaliyyəti bərpa olunduqdan sonra ilk növbədə arenanın vəziyyəti müzakirə olunaraq, burada köklü surətdə təmir işlərinin aparılması qərara alınıb. Bunun da nəticəsində 15 gündən çoxdur ki, işlərə başlanılıb. Ot örtüyü normal duruma gətirilib. AFFA-dan kluba təqdim olunan otbiçən maşınla qazona müntəzəm qulluq edilir. Yarı dağılmış, sökük vəziyyətdə olan tribunlar sementlənir. Qırılaraq, yararsız hala düşmüş plastik oturacaqlar bir ucdan sökülür. Köhnə tablo da uçurdulub. Yaxınlarda onun yerinə təzəsi qoyulacaq. İşıqlandırma sistemi də yenidən qurulacaq. Əliyevin bildirdiyinə görə, görülməsi nəzərdə tutulan bütün təmir bərpa işlərinin avqustun əvvəlinə kimi sona çatdırılması plandadır.
Qeyd: şəkillərdən istifadə edərkən Qol.Az-a istinad zəruridir
Yuxarı
"İnter"də yeni qapıçı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək
Mourinyodan Arda Güler qərarı
"Turan Tovuz" onunla müqaviləni uzatdı
"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı
Almaniya Superkuboku oyununun vaxtı məlum oldu
"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama
Kasper Şmeyxel karyerasını başa vurdu
"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ABŞ millisinin DÇ-2026 heyəti
Niderlandlı hücumçu "Roma"da qaldı - Rəsmi