Avroliqada ilklərə gürcülər imza atdılar

XƏBƏR 2 İyul 2009 / 20:53 2319
-  A +

Artıq Avroliqada bir oyun başa çatıb. Qol.Az-ın məlumatına görə, 2009/10 mövsümündə, ümumiyyətlə, ilk dəfə keçirilən Avroliqada ilk qələbəni Gürcüstan klubu qazanıb. Öz meydanında Farer Adalarının "Torshavn" klubunu qəbul edən "Olimpi" rəqibni 2:0 hesabı ilə məğlub edib. Komandanın hər iki qoluna Meqreladze imza atıb. 10-cu dəqiqədə gürcü futbolçunun vurduğu qol Avroliqanın tarixinə ilk qol kimi düşüb. Meqreladze ikinci qolu 88-ci dəqiqədə vurub. Avroliqa tarixində ilk qırmızı vərəqnin də müəllif gürcü futbolçu olub. Babanaşvili matçın 94-cü dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.  

Son xəbərlər
topaz banner