Çempionlar Liqasının hazırlığını Sloveniyada davam etdirən “Bakı” dünən növbəti yoxlama oyunu keçirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, güclü yağış altında başlanan qarşılaşmanın ilk dəqiqələri Xorvatiyanın ikinci komandasının üstünlüyü şəraitində keçib. Xorvatiyalılar, təxminən, 10-12 dəqiqə ərzində olduqca aqressiv və hücumameylli oyunları ilə "Bakı"nı müdafiə olunmağa məcbur ediblər. Bu təzyiqin məntiqi nəticəsi kimi 14-cü dəqiqədə rəqib hesabı açıb. Rəqib künc zərbəsindən sonra fərqlənib. Bu qoldan sonra oyunun xarakterində ciddi dəyişiklik baş verib. Həm yağışın intensivliyi azalıb, həm də hücumların istiqaməti əks istiqamətdə dəyişib.
Üstünlük, tədricən, Azərbaycan çempionunun tərəfinə keçib. İlk yarının sonuna qədər oyuna nəzarət edən komandamız ən azı 3 dəfə hesabı bərabərləşdirməyə yaxın idi. İlk vəziyyətdə Əhməd Ticaninin zərbəsi qapıdan yan keçdi, ardından Batista fərqlənməyə yaxın oldu, lakin onun zərbəsindən sonra top qapı dirəyindən qayıtdı. İlk hissənin son imkanını Ramim dəyərləndirə bilmədi, onun rəqib qapısına ünvanladığı qüvvətli zərbəni qolkiper dəf etdi.
İkinci hissə də "Bakı"nın üstünlüyü diqqət çəkirdi. Fasilədən sonra da fəallığı davam etdirən komandamız 52-ci dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq oldu. Baxışda olan rumıniyalı futbolçu Daniel Oprita hesab arasındakı fərqi aradan qaldırdı - 1:1.
Status-kvo bərpa olunduqdan sonra "Bakı" daha bir neçə dəfə 100 faizlik qol imkanları yaratsa da, son anda dəqiqlik çatmadı. Bir halda top qapı çatından qayıtdı, digər 2 halda isə Ticani hədəfi dəqiq nişan ala bilmədi.
İkinci hissədə böyük üstünlüyə malik olan "Bakı" bütün cəhdlərinə baxmayaraq qələbə qolunu vura bilmədi və oyun 1:1 hesablı bərabərliklə başa çatdı.
Xatırladaq ki, bu, “Bakı”nın Sloveniyada keçirdiyi 3-cü yoxlama oyunu idi. Daha əvvəl Avstriyanın "Kapfenberq" (1:2) və Xorvatiyanın "Rieka" (2:0) klubları ilə qarşılaşan Azərbaycan çempionu 3 oyunda 1 qələbə əldə edib, bir oyunu heç-heçə başa vurub və bir oyunda məğlubiyyətlə üzləşib.
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi