"Bney İequda" artıq Bakıdadır

"Bney İequda" artıq Bakıdadır
XƏBƏR 30 İyun 2009 / 20:01 2037
-  A +

İyulun 2-də Avroliqanın birinci mərhələsi çərçivəsində "Simurq"la qarşılaşacaq İsrailin "Bney İequda" klubu artıq ölkəmizdədir. Bu haqda Qol.Az-a "Simurq"un mətbuat xidmətindən məlumat verilib. Təl-Əviv klubunu Bakıya gətirən təyyarə əvvəldən nəzərdə tutulduğu kimi, 19:00-da paytaxtımıza enib. "Bney İequda"nı hava limanında "Simurq"un nümayəndələri qarşılayıblar. Ardınca onlar üçün ayrılmış xüsusi avtobusla "Avropa" otelinə gələn "Bney İequda"nın üzvləri saat 21:00-da Bakıda ilk məşqə çıxacaqlar. Hazırlıq prosesi "Şəfa" stadionunda baş tutacaq.

Son xəbərlər
topaz banner