“Neftçi” daha bir transfer reallaşdırdı

XƏBƏR 30 İyun 2009 / 16:07 2280
-  A +

Növbəti mövsümdə əvvəlki iddiasını qaytarmaq fikrində olan “Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-qaralar”ın Rəşad Abdullayevlə apardığı danışıqlar prosesi müsbət yekunlaşıb. Rəşad Abdullayev "Neftçi"ylə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Abdullayev son 4 ildə “Xəzər-Lənkəran”ım şərəfini qoruyurdu. Təcrübəli yarımmüdafiəçiyə qədər “Neftçi” Ruslan Əmircanov, Asəf Qədiri və Tural Nərimanovun keçidini rəsmiləşdirmişdi.  

Daha çox


Son xəbərlər